Qırğızıstan Aİ-nin aviasiya təhlükəsizliyinin qara siyahısından çıxarılıb
Qırğızıstan Avropa İttifaqı ölkələrinə uçuşu qadağan edilən aviadaşıyıcıların siyahısından çıxarılıb. Respublika 2006-cı ildən bu siyahıdadır Bu barədə Prezident Administrasiyası Avropa Komissiyasının Mobillik və Nəqliyyat üzrə Baş Direktorluğunun bildirişinə istinadən məlumat yayıb Qeyd olunur k

Qırğızıstan Avropa İttifaqı ölkələrinə uçuşu qadağan edilən aviadaşıyıcıların siyahısından çıxarılıb. Respublika 2006-cı ildən bu siyahıdadır Bu barədə Prezident Administrasiyası Avropa Komissiyasının Mobillik və Nəqliyyat üzrə Baş Direktorluğunun bildirişinə istinadən məlumat yayıb Qeyd olunur ki, Qırğızıstanda sertifikatlaşdırılmış bütün aviadaşıyıcılar Aİ-yə uçuşlarına qadağa qoyulan aviaşirkətlər siyahısından çıxarılıb Qərar Aİ-nin Aviasiya Təhlükəsizliyi Komitəsinin 19-21 may 2026-cı il tarixlərində keçirilmiş iclasının yekunları üzrə qəbul edilib. O, Avropa Komissiyasının müvafiq reqlamenti ilə rəsmiləşdiriləcək Prezident Administrasiyasından verilən məlumata görə, son illər Prezident Sadır Cəfərovun tapşırığı ilə mülki aviasiya sahəsində islahatların aparılması, uçuşların təhlükəsizliyinə dövlət nəzarətinin gücləndirilməsi və milli sistemin beynəlxalq İCAO standartlarına uyğunlaşdırılması istiqamətində işlər aparılıb Administrasiya qeyd edib ki, Avropa Komissiyası əldə edilmiş tərəqqi, o cümlədən texniki məsləhətləşmələrin nəticələri, 2026-cı ilin martında qiymətləndirmə səfəri və Brüsseldə dinləmələr yüksək qiymətləndirilib Avropa Komissiyası əldə olunan nəticələri saxlamaq üçün Qırğızıstan tərəfi ilə texniki əməkdaşlığı davam etdirəcək


