Qırğızıstan və Seyşel adaları vizasız rejim haqqında saziş imzalayıb
Mayın 4-də Bişkekdə Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev və Seyşel adaları Respublikasının xarici işlər və diaspor naziri Barri For arasında görüş keçirilib. Bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyi məlumat yayıb Danışıqlar zamanı tərəflər siyasi dialoqun inkişafı, müqavilə-hüquq

Mayın 4-də Bişkekdə Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev və Seyşel adaları Respublikasının xarici işlər və diaspor naziri Barri For arasında görüş keçirilib. Bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyi məlumat yayıb Danışıqlar zamanı tərəflər siyasi dialoqun inkişafı, müqavilə-hüquq bazasının genişləndirilməsi, o cümlədən ticarət-iqtisadi və humanitar əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər Xüsusilə, kənd təsərrüfatı, turizm, təhsil, rəqəmsal idarəetmə, davamlı inkişaf və iqlim sahələrində qarşılıqlı əlaqələr müzakirə edilib XİN qeyd edib ki, bu səfər Seyşel adaları xarici işlər nazirliyinin rəhbərinin ikitərəfli münasibətlər tarixində Qırğızıstana ilk səfəridir Görüşün yekunları üzrə tərəflər Qırğızıstan və Seyşel adaları vətəndaşlarının qısamüddətli səfərlərinin viza tələblərindən azad edilməsi haqqında saziş imzalayıblar Barri Forun səfəri çərçivəsində yüksək və yüksək səviyyəli görüşlər də planlaşdırılır Xatırladaq ki, Seyşel Adaları Respublikasının xarici işlər və diaspor naziri Barri For Qırğızıstan Respublikasının xarici işlər naziri Jeenbek Kulubayevin dəvəti ilə mayın 3-dən 6-dək Qırğızıstanda rəsmi səfərdədir

