Kvaratsxeliya PSJ-nin tarixinə düşdü
PSJ-nin hücumçusu Xviça Kvaratsxeliya rekorda imza atıb 525.az xəbər verir ki, gürcüstanlı futbolçu Çempionlar Liqasında klub rekordunu yeniləyib O, yarımfinal mərhələsinin "Bavariya" ilə ilk oyununda dubl edib. Bununla da Xviça cari mövsümdə turnirdə 15 məhsuldar hərəkətə (10 qol, 5 assist) imza

PSJ-nin hücumçusu Xviça Kvaratsxeliya rekorda imza atıb 525.az xəbər verir ki, gürcüstanlı futbolçu Çempionlar Liqasında klub rekordunu yeniləyib O, yarımfinal mərhələsinin "Bavariya" ilə ilk oyununda dubl edib. Bununla da Xviça cari mövsümdə turnirdə 15 məhsuldar hərəkətə (10 qol, 5 assist) imza ataraq PSJ tarixində bir mövsümdə ən yaxşı göstəriciyə sahib olub Bununla X.Kvaratsxeliya əvvəlki rekordçu Usman Dembéléni geridə qoyub. Fransalı hücumçu 2024/2025 mövsümündə 8 qol və 6 assist etmişdi Qeyd edək ki, X.Kvaratsxeliya 2025-ci ilin qışında "Napoli"dən PSJ-yə transfer olunub. Onun Paris təmsilçisi ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir


