Witkoff və Umerovun kurort diplomatiyası
Ukraynanın baş müzakirəçisi Rustem Umerov bu həftə ABŞ-ın xüsusi nümayəndəsi Steve Witkoff ilə görüşmək üçün Mayamiyə gedəcək. Kiyev və Moskva arasında sülh danışıqları dalana dirənib - Donetsk bölgəsi üzrə tərəflərin mövqeləri bir araya sığmır Bu barədə Bloomberg məlumat yayıb Moskva Ukrayna qoşu

Ukraynanın baş müzakirəçisi Rustem Umerov bu həftə ABŞ-ın xüsusi nümayəndəsi Steve Witkoff ilə görüşmək üçün Mayamiyə gedəcək. Kiyev və Moskva arasında sülh danışıqları dalana dirənib - Donetsk bölgəsi üzrə tərəflərin mövqeləri bir araya sığmır Bu barədə Bloomberg məlumat yayıb Moskva Ukrayna qoşunlarının Donetsk vilayətindən çıxarılmasını tələb edir, Kiyev isə nəzarəti altında olan heç bir ərazini verməyəcəyini və qeyri-qanuni işğal olunmuş torpaqları tanımayacağını bildirir. Danışıqların əvvəlki raundlarında bir sıra məsələlər üzrə müəyyən irəliləyiş əldə olunub, lakin Donetsk vilayətinin statusu və Ukrayna üçün təhlükəsizlik təminatları əsas maneə olaraq qalır Əvvəllər Kiyev Jared Kushnerlə birlikdə Vitkoffun səfərinə ümid edirdi, lakin onların gəlişi hələ də şübhə altındadır. Ukrayna Prezidenti Vladimir Zelenski hər ikisinin dəvət olunduğunu təsdiqləsə də, hələlik onlardan rəsmi təsdiq gəlməyib


