Kuba yeni sanksiyalar altında
ABŞ Kuba prezidenti Migel Diaz-Kanelə və onun ailə üzvlərinə qarşı sanksiyalar tətbiq edib. Bu barədə iyunun 4-də ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında məlumat verilib 60 yaşlı Diaz-Kanel 2018-ci ildən, sələfi Raul Kastro istefa verdikdən sonra prezidentdir

ABŞ Kuba prezidenti Migel Diaz-Kanelə və onun ailə üzvlərinə qarşı sanksiyalar tətbiq edib. Bu barədə iyunun 4-də ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında məlumat verilib 60 yaşlı Diaz-Kanel 2018-ci ildən, sələfi Raul Kastro istefa verdikdən sonra prezidentdir ABŞ Maliyyə Nazirliyinin qara siyahısına Kuba Silahlı Qüvvələri və İnqilabı Müdafiə Komitələri də daxildir. Bu, 1960-cı il sentyabrın 28-də Fidel Kastronun təşəbbüsü ilə yaradılmış və ümummilli “inqilabi sayıqlıq” sistemini təmsil edən ən böyük kütləvi ictimai təşkilatdır. KZR-nin əsas funksiyası əhalinin əhval-ruhiyyəsi haqqında məlumat toplamaq və potensial “əks-inqilabi” fəaliyyətləri müəyyən etməkdir. Onlara “inqilabın gözü və qulağı” deyirlər Amerikanın sanksiya siyahısındakı yeni adlar arasında keçmiş Kuba lideri Raul Kastronun nəvəsi Raul Alejandro Kastro Kalis və onun atası, Kubanın yüksək rütbəli kəşfiyyat zabiti, polkovnik Alejandro Kastro Espina da var ABŞ prezidenti Donald Tramp administrasiyası Kubaya yanacaq blokadası tətbiq edib və Kommunist Partiyasının 67 illik hakimiyyətinə son qoymaq üçün Havanaya təzyiqləri durmadan artırır


