KTZ 2026-cı ilin sonuna qədər IPO-ya çıxmağı planlaşdırır
Talqat Aldıberqenovun sözlərinə görə, bu gün şirkət Samruk-Kazyna fondu ilə birgə fəal hazırlıq işləri aparır — IPO-nun beynəlxalq platformalarda - London, Honq-Konq və ola bilsin ki, Qazaxıstanda üçlü listinq formatında keçirilməsi gözlənilir. Talqat Aldıberqenov bildirib ki, vaxt 2026-cı ilin so

Talqat Aldıberqenovun sözlərinə görə, bu gün şirkət Samruk-Kazyna fondu ilə birgə fəal hazırlıq işləri aparır — IPO-nun beynəlxalq platformalarda - London, Honq-Konq və ola bilsin ki, Qazaxıstanda üçlü listinq formatında keçirilməsi gözlənilir. Talqat Aldıberqenov bildirib ki, vaxt 2026-cı ilin sonuna qədərdir İlkin olaraq şirkətin səhmlərinin 25%-lik paketinin yerləşdirilməsi planlaşdırılır. Daha əvvəl KTZ-nin İdarə Heyətinin sədr müavini Erlan Koişibayev bildirmişdi ki, şirkət borc yükünü azaltmaq üçün IPO-ya hazırlaşır Onun sözlərinə görə, KTZ-nin balans borcu 3,8 trilyon tenge, nominal borcu 4,7 trilyon tengedir, öhdəliklərin demək olar ki, yarısı xarici valyutadadır


