Tenqri
Ana Səhifə
Dünya

İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın Küveyt və Bəhreyndəki bazalarına hücum etdiyini açıqlayıb

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hərbi Hava Qüvvələri ABŞ-ın Küveytdəki iki hərbi bazasını və Bəhreyndəki hərbi obyektlərini ballistik raketlərdən istifadə edib Day.Az xəbər verir ki, bu barədə İİKK məlumat yayıb. Məlumata görə, bu hücum ABŞ-ın İranın cənubundakı Hörmüzqan əyalətind

0 baxışday.az
İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın Küveyt və Bəhreyndəki bazalarına hücum etdiyini açıqlayıb
Paylaş:

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hərbi Hava Qüvvələri ABŞ-ın Küveytdəki iki hərbi bazasını və Bəhreyndəki hərbi obyektlərini ballistik raketlərdən istifadə edib Day.Az xəbər verir ki, bu barədə İİKK məlumat yayıb. Məlumata görə, bu hücum ABŞ-ın İranın cənubundakı Hörmüzqan əyalətindəki Qeşm və Sirik adalarındakı radar stansiyalarını atəşə tutmasına cavab olaraq həyata keçirilib Qeyd olunur ki, ötən gecə ABŞ ordusunun rəhbərlik etdiyi 4 neft tankeri SEPAH-ın bir neçə xəbərdarlığına baxmayaraq, Hörmüz boğazından keçməyə cəhd edib. Xəbərdarlıqlardan sonra tankerlərdən biri vurularaq saxlanılıb, qalan tankerlər isə geri çəkilməyə məcbur olub Hesabatda bildirilir ki, İran qarşı tərəfə xəbərdarlıq edir: İran tərəfinə hücumlar olacağı təqdirdə cavab atəşi məhdudlaşdırılmayacaq və Hörmüz boğazının neft və qaz ixracı üçün tamamilə bağlanmasına qarşı tərəf məsuliyyət daşıyacaq Qeyd edək ki, ABŞ, İsrail və İran arasında fevralın 28-dən aprelin 7-dək davam edən müharibə nəticəsində Hörmüz boğazından gəmilərin sərbəst keçidinə ciddi məhdudiyyət yaranıb Əlavə edirik ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı konkret nəticə əldə olunmadığı üçün fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi hava hücumlarına başlayıb və İran həmin gündən etibarən İsrail və ABŞ-ın bölgədəki obyektlərini raket və pilotsuz təyyarələrdən atəşə tutub. Pakistanın vasitəçiliyi ilə aprelin 7-də tərəflər arasında atəşkəs razılaşması əldə olunub. Aprelin 11-də İslamabadda ABŞ və İran arasında aparılan danışıqlarda heç bir razılıq əldə olunmayıb Daha əvvəl məlumat vermişdik ki, ABŞ İranın Küveyt və Bəhreynə raket hücumunun qarşısını aldığını elan edib Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin

Kaynak: news.day.az

Diğer Haberler

КСИР заявил об атаке на базы США в Кувейте и Бахрейне | Tenqri