WUF13 ilə bağlı media nümayəndələri üçün məlumatlandırma sessiyası keçirilib
Medianın İnkişafı Agentliyi, ADA Universiteti və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində media nümayəndələri üçün növbəti məlumatlandırma sessiyası keçirilib "Report"un məlumatına görə, açılış mərasimində

Medianın İnkişafı Agentliyi, ADA Universiteti və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində media nümayəndələri üçün növbəti məlumatlandırma sessiyası keçirilib "Report"un məlumatına görə, açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyi İcraçı direktorunun müavini Natiq Məmmədli qeyd edib ki, WUF13 kimi beynəlxalq platformalar dayanıqlı şəhərsalma yanaşmalarının müzakirəsi və qabaqcıl təcrübələrin paylaşılması baxımından mühüm əhəmiyyət kəsb edir, bu baxımdan media nümayəndələrinin mövzunu detallı dəyərləndirməsi və düzgün kontekstdə ictimaiyyətə çatdırması xüsusi önəm daşıyır ADA Universitetinin Akademik işlər üzrə prorektorunun müşaviri, İxtisasartırma proqramlarının rəhbəri Aygün Hacıyeva isə ADA Universitetinin bu kimi mühüm beynəlxalq təşəbbüslərdə iştirakını ölkədə media maarifləndirilməsinə verilən töhfə kimi dəyərləndirib, universitetin müasir şəhərsalma və dayanıqlılıq mövzularına xüsusi önəm verdiyini bildirib. O, həmçinin geniş auditoriyalara milli və qlobal əhəmiyyətli mövzuların çatdırılmasında medianın rolunu diqqətə çatdırıb BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Kommunikasiya direktoru Katerina Bezqaçina çıxışında WUF13-ün Azərbaycanda keçirilməsinin media üçün unikal imkanlar yaratdığını vurğulayıb. O qeyd edib ki, bu tədbir jurnalistlərə qlobal səviyyəli ekspertlərlə birbaşa ünsiyyət qurmaq, beynəlxalq təcrübəni yaxından izləmək və şəhərsalma sahəsində ən aktual mövzuları yerində işıqlandırmaq imkanı təqdim edəcək Məlumatlandırma sessiyası çərçivəsində WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Substantiv məzmun şöbəsinin müdiri Cəmilə İsmayılzadə "WUF13 mövzuları, dialoqlar", Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Şəhərsalma və memarlıq şöbəsinin rəhbəri Çağrı Kərimzadə "Bakı şəhəri üzrə Baş Plan", WUF13 Azərbaycan Əməliyyat Şirkətinin İnklüziv tədbirlərin planlaşdırılması üzrə baş koordinatoru Səbinə Məmmədova və Müyəssərlik və inklüzivlik üzrə tədbir meneceri Leyla Səfərli "WUF13 tədbirində müyəssərlik və inklüzivlik", Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin aparıcı məsləhətçisi Nərgiz Gülmalıyeva isə "Yaşıl nəqliyyat, mikromobillik" mövzusunda çıxış ediblər Diqqətə çatdırılıb ki, WUF13 çərçivəsində müzakirə olunan mövzular müasir şəhərsalma yanaşmalarının əsas istiqamətlərini əhatə etməklə dayanıqlı və inklüziv şəhər mühitinin formalaşdırılması, şəhərlərin strateji planlaşdırılması, eləcə də ekoloji cəhətdən səmərəli nəqliyyat həllərinin tətbiqi kimi mühüm məsələləri bir araya gətirir. Sözügedən yanaşmaların kompleks şəkildə tətbiqi isə şəhər həyatının keyfiyyətinin yüksəldilməsinə və uzunmüddətli inkişafın təmin olunmasına xidmət edir Məlumatlandırma sessiyasının sonunda iştirakçıların sualları cavablandırılıb Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir
.webp&w=2048&q=70)

