Tenqri
Ana Səhifə
Dünya

“Krım sevgisi” kitabının 2-ci cildi nəşr olunub

AMEA Folklor İnstitutunun əməkdaşı, tanınmış araşdırmaçı və publisist Əli Şamilin “Krım sevgisi” kitabının ikinci cildi nəşr olunub Bu barədə AZƏRTAC-a Folklor İnstitutundan məlumat verilib. Qeyd olunub ki, nəşrdə Azərbaycan ilə Krım türkləri arasında tarixi, ədəbi və mədəni əlaqələrin araşdırılmas

0 baxışazertag.az
“Krım sevgisi” kitabının 2-ci cildi nəşr olunub
Paylaş:

AMEA Folklor İnstitutunun əməkdaşı, tanınmış araşdırmaçı və publisist Əli Şamilin “Krım sevgisi” kitabının ikinci cildi nəşr olunub Bu barədə AZƏRTAC-a Folklor İnstitutundan məlumat verilib. Qeyd olunub ki, nəşrdə Azərbaycan ilə Krım türkləri arasında tarixi, ədəbi və mədəni əlaqələrin araşdırılmasına həsr olunmuş zəngin elmi-publisistik məqalələr və sənəd xarakterli materiallar yer alıb Kitabın ön sözündə müəllif Krım mövzusuna marağının formalaşma tarixindən, Kırım türklərinin sürgün faciəsinə dair araşdırmalarından və Azərbaycan-Krım əlaqələrinin inkişafına yönəlmiş fəaliyyətindən bəhs edir Nəşrdə ilk peşəkar qadın aktyorlardan olan Fatma Qədrinin həyat və yaradıcılığı, görkəmli Krım-tatar yazıçısı Çingiz Dağcının həyatı və əsərləri, repressiya qurbanları, Azərbaycan Bəstəkarlar İttifaqının ilk sədri, Krım türkü Asan Rıfatovun faciəli taleyi, eləcə də sovet dövründə sürgün edilmiş Krım türklərinin taleyi ilə bağlı araşdırmalar yer alıb. Nəşrdə Əli Səngərlinin “Bağçasaray” şeirinin yaranma tarixindən, Krım milli mübarizəsinin müxtəlif simalarından və Türk dünyasının tanınmış şəxsiyyətlərindən bəhs edən məqalələr də təqdim olunub. Nəşrdə, həmçinin Krım-tatar ziyalıları, elm və mədəniyyət xadimləri ilə yazışmaların bir qismi dərc edilib Müəllif qeyd edir ki, nəşrin əsas məqsədi Azərbaycan oxucularını Krım türklərinin tarixi, milli mübarizəsi və mədəni irsi ilə daha yaxından tanış etməkdir “Krım sevgisi” kitabının ikinci cildi Azərbaycan və Kırım türkləri arasındakı ədəbi, elmi və mədəni münasibətlərin öyrənilməsi, ortaq türk yaddaşının qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm elmi mənbədir Qeyd edək ki, kitabın redaktorları Zera Bekirova və Cəmilə Niyaz qızıdır 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler