Kərkini təhvil verməyə hazırlaşırlar... - Kənddə nələr baş verir?
Ermənistanda davam edən seçki kampaniyasında əsas müzakirə mövzularından biri Kərki kəndinin Azərbaycana qaytarılmasıdır. Müxalifət ermənilərin Tiqranaşen adlandırdığı kəndin hakimiyyət tərəfindən qaytarılacağını deyir, hakimiyyət isə bu məsələnin delimitasiya prosesinə daxil olduğunu və Başkəndi (G

Ermənistanda davam edən seçki kampaniyasında əsas müzakirə mövzularından biri Kərki kəndinin Azərbaycana qaytarılmasıdır. Müxalifət ermənilərin Tiqranaşen adlandırdığı kəndin hakimiyyət tərəfindən qaytarılacağını deyir, hakimiyyət isə bu məsələnin delimitasiya prosesinə daxil olduğunu və Başkəndi (Gədəbəyin kəndi – SSRİ dövründə ermənilərə verilərək, “anklava” çevrilib) alacaqları təqdirdə, Kərkinin də qaytarılacağını bildirir. Publika.az xəbər verir ki, “Azadlıq radiosu”nun erməni xidməti Kərkidə baş verənləri işıqlandırıb. Kənddəki ermənilər bildirirlər ki, onlar televizora baxmaq və ya sosial şəbəkələrdəki müzakirələri izləmək istəmirlər. Lakin eşidiblər ki, bu kənd seçki kampaniyası zamanı siyasi ticarət mövzusuna çevrilib. Ermənilər bildirirlər ki, nə müxalifətdən, nə də hakimiyyətdən heç kim kəndə baş çəkməyib. Hətta iqtidar da, müxalifət də Vayots Dzorda (Dərələyəz) kampaniya aparsalar da, kəndin yanından “düz keçiblər”. “Heç kim gəlmədi, kəndi təhvil verib-vermədikləri barədə bizə heç nə demədilər”, - sakinlərdən biri deyir. Digər sakin isə hesab edir ki, hakimiyyət kəndi təhvil verəcək: “Baş nazirin dediklərindən məlum olur ki, xəritəyə baxacaqlar, bura türklərindirsə, təhvil verəcəklər. Bu olsa, biz nə edə bilərik ki?”. Kənddəki məktəbin bağlanacağı haqda da məlumatlar var. Məktəbdə cəmi iki şagird təhsil alır. Ermənilərə tövsiyə edilir ki, qonşu Sevakanda yeni tikilən məktəbə getsinlər. Kənd sakini Azatuhi Ovannisyan isə deyir ki, nəhayət sülh gəlməlidir. “Mən dəfələrlə Qafanda olmuşam və görmüşəm ki, orada azərbaycanlılar dayanır, sürücülərimiz gedir, gəlir. Qardaşım dəfələrlə zəng edib ki, “azərbaycanlıların yanından keçirəm, keçib zəng edəcəm”. Nəhayət sülh gəlməlidir, ya yox?”, - o bildirib. Asif “Ermənistan tələdən xilas oldu” - Paşinyandan Qarabağla bağlı şok açıqlama - VİDEO Ermənistan Avropa bazarına çıxır – Brüsselin İrəvana təcili dəstək planı Erməni mallarına qadağa, miqrantların “ovu” – Rusiya iqtisadi müharibəyə başladı Seçki debatında Azərbaycana görə dava düşdü - Bu ərazilər niyə qaytarılıb? Paşinyanı öldürmək istəyən şəxs barədə qərar Köçəryandan Türkiyə ilə bağlı şok iddia - Paşinyan nə edir? Günün ulduz falı: üzərinizə düşən öhdəliklər qəfil artacaq SEPAH-dan iddia: Küveyt aeroportunu ABŞ vurub Azərbaycanda dəhşətli qətl: Dayısının həyat yoldaşını öldürdü - Yeniləndi Roza Zərgərli Ramzan Kadırovla görüşündən danışdı: Şəxsən özü göstəriş vermişdi ki İmişlidə güclü yanğın - 2 rayondan dəstək gəldi 10 min manat oğurlayıb brend geyimlər aldı Azərbaycanda ödəniş kartları ilə bağlı yenilik tətbiq ediləcək Şimşək çaxacaq, dolu düşəcək - Hava ilə bağlı xəbərdarlıq
Diğer Haberler

Bişkek meriyası yanacaqdoldurma məntəqələrini şəhər hüdudlarından kənara çıxarmağı planlaşdırır. Avtomobil sahibləri nə düşünür?

Qırğızıstan və Özbəkistan Tacikistandan gələn böyük narkotik alveri şəbəkəsini ləğv ediblər
