Kris Huiş: “Azərbaycan oyun bazarının gəlirləri 220 milyon dolları keçəcək” - VİDEO
Qlobal oyun sənayesinin 2030-cu ilə qədər 500 milyard dollara çatacağı proqnozlaşdırılır, diqqət getdikcə inkişaf etməkdə olan texnologiya mərkəzlərinə yönəldilir. Bu kontekstdə Azərbaycanda rəqəmsal ekosistemin formalaşması və innovativ texnologiyaların tətbiqi ölkənin regional liderə çevrilməsi üç

Qlobal oyun sənayesinin 2030-cu ilə qədər 500 milyard dollara çatacağı proqnozlaşdırılır, diqqət getdikcə inkişaf etməkdə olan texnologiya mərkəzlərinə yönəldilir. Bu kontekstdə Azərbaycanda rəqəmsal ekosistemin formalaşması və innovativ texnologiyaların tətbiqi ölkənin regional liderə çevrilməsi üçün möhkəm zəmin yaradır Son illər iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı istiqamətində atılan strateji addımlar Azərbaycanın texnoloji və innovativ potensialının gücləndirilməsinə xüsusi önəm verib. Xüsusilə, startapların və kreativ iqtisadiyyatın dəstəklənməsi innovasiya ekosisteminin formalaşmasına mühüm töhfədir. Kreativ iqtisadiyyatın inkişafında oyun sənayesinin rolu xüsusilə vurğulanmalıdır. Son bir neçə ildə Azərbaycanda oyun studiyalarının sayında xeyli artım müşahidə olunub. Hazırda ölkədə 60-dan çox oyun inkişafı studiyası fəaliyyət göstərir və onların bir çoxu qlobal bazarlara daxil olmaq və tanınmaq niyyətindədir Təbii ki, ölkədə oyun ekosisteminin dinamik inkişafı Xsolla kimi aparıcı qlobal şirkətlərin diqqətini cəlb edir. Bu, oyun sənayesi üçün kommersiya həlləri yaradan dünyaca məşhur platformadır. Qlobal oyun sənayesində əməliyyatların 70 faizindən çoxu bu platforma vasitəsilə həyata keçirilir. 2024-cü ildə şirkət İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə əməkdaşlığa başlayıb. Bu, şirkət tərəfindən Azərbaycanın rəqəmsal potensialının yüksək qiymətləndirilməsindən və ölkənin regional əməliyyatlar üçün platforma kimi seçilməsindən xəbər verir Anews telekanalının World Business proqramında Xsolla prezidenti Chris Huish şirkətin qlobal strategiyası və regiondakı planları haqqında danışıb. Müsahibə zamanı o, Azərbaycanın texnoloji mənzərəsinin necə dəyişdiyini və regional oyun ekosisteminin formalaşmasında ölkənin hansı rol oynadığını xüsusilə qeyd edib Kris Huiş Cənubi Qafqaz və Mərkəzi Asiya regionunun böyük potensiala malik olduğunu və Azərbaycanın bu kontekstdə lider mövqe tutduğunu vurğulayıb. Onun sözlərinə görə, artıq bu il Azərbaycanın oyun bazarının gəlirinin 220 milyon ABŞ dollarını ötəcəyi proqnozlaşdırılır O, həmçinin qeyd edib ki, Azərbaycanda inkişaf bir sıra amillərlə bağlıdır: "Birincisi, ölkədə heyrətamiz istedadların olduğunu qeyd etmək lazımdır. Biz görürük ki, burada həm oyun inkişafı, həm də oyun sənayesinin biznes aspektlərini dərindən dərk edən yüksək ixtisaslı və motivasiyalı insan kapitalı var" Bundan əlavə, Kris Huiş qeyd edib ki, oyun sənayesinin inkişafı həm də dövlət tərəfindən göstərilən diqqətin nəticəsidir: "Azərbaycanda oyun sənayesi ciddi təşəbbüslərlə dəstəklənir. Biz görürük ki, ölkə rəhbərliyi rəqəmsal iqtisadiyyata keçid üçün qətiyyətli addımlar atır. Eyni zamanda, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən də ciddi dəstək alırıq və nazir Naşayevin rəhbərlik etdiyi komanda kursa müsbət təsir göstərib. bu ölkədə fəaliyyətimizin genişləndirilməsi”


