Kriptobirjada son durum - "Bitcoin" ucuzlaşıb
Son sutkada kriptovalyuta bazarında satış təzyiqi davam edir, qorxu indeksi 15 bəndə enib "APA-Economics" xəbər verir ki, qlobal kriptovalyuta bazarının kapitallaşması son 24 saatda 0,02% artaraq 2,16 trilyon dollara çatıb. Bununla yanaşı, investorların risk iştahı zəif olaraq qalır “Bitcoin”in qi

Son sutkada kriptovalyuta bazarında satış təzyiqi davam edir, qorxu indeksi 15 bəndə enib "APA-Economics" xəbər verir ki, qlobal kriptovalyuta bazarının kapitallaşması son 24 saatda 0,02% artaraq 2,16 trilyon dollara çatıb. Bununla yanaşı, investorların risk iştahı zəif olaraq qalır “Bitcoin”in qiyməti son 24 saatda 0,20% azalaraq 62 805 dollara düşüb. Dünyanın ən böyük kriptovalyutası son 7 gündə isə 11,35% dəyər itirib “Ethereum”un qiyməti 1 666 dollar səviyyəsində qərarlaşıb və sutkalıq dəyişiklik qeydə alınmayıb. Həftəlik ifadədə isə “Ethereum”un qiyməti 16,67% azalıb İlk beşlikdə yer alan BNB-nin qiyməti son 24 saatda 0,10% azalaraq 597 dollara enib. Aktiv son bir həftədə 13,17% dəyər itirib. Digər iri kriptovalyutalar arasında “Monero”nun qiyməti 4,75% artaraq 321 dollara yüksəlib, “Bitcoin Cash”in qiyməti isə 7,53% azalaraq 205 dollara düşüb Analitiklər bazardakı enişin əsas səbəbləri kimi investorların riskli aktivlərdən uzaqlaşmasını, qlobal maliyyə bazarlarında qeyri-müəyyənliyin artmasını və son günlər kriptovalyutalarda müşahidə olunan genişmiqyaslı satışları göstərirlər
Diğer Haberler

Rahatlıq bir qiymətə gəlir. Nə üçün Əkçəbərdə yeni xidmətlərlə yanaşı dövlət xidmətlərinin tarifləri də artıb?

İsti və yüngül yağış - sinoptiklər çərşənbə axşamı Qaqauziyada hava haqqında
