Körfəz liderlərinin Səudiyyə Ərəbistanında fövqəladə görüşü keçiriləcək
Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv dövlətlərin liderləri bölgədəki vəziyyəti müzakirə etmək üçün bu gün Səudiyyə Ərəbistanının Ciddə şəhərində fövqəladə sammitdə bir araya gələcəklər 525.az xəbər verir ki, bu barədə ərəb mediası məlumat yayıb Qeyd olunub ki, görüş ABŞ/İsrail və İran arasında müh

Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv dövlətlərin liderləri bölgədəki vəziyyəti müzakirə etmək üçün bu gün Səudiyyə Ərəbistanının Ciddə şəhərində fövqəladə sammitdə bir araya gələcəklər 525.az xəbər verir ki, bu barədə ərəb mediası məlumat yayıb Qeyd olunub ki, görüş ABŞ/İsrail və İran arasında müharibəyə son qoymaq üçün beynəlxalq səylər, eləcə də Pakistanın vasitəçiliyi ilə Vaşinqton və Tehran arasında aparılan danışıqlar təşəbbüsləri fonunda keçirilir Görüşdə regiondakı mövcud vəziyyətin təhlükəsizliyə və iqtisadiyyata təsiri, gərginliyin azaldılması səyləri, ABŞ-İran danışıqlarında Pakistanın vasitəçilik rolu, Hörmüz boğazının bağlanmasının mümkünlüyü və dəniz təhlükəsizliyi kimi məsələlərin müzakirə olunacağı gözlənilir Bundan əlavə, görüş iştirakçıları Fars körfəzi ölkələrinin münaqişə zamanı məruz qaldığı hücumlara cavab tədbirlərini müzakirə edəcəklər. Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) Səudiyyə Ərəbistanı, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn və Oman daxildir


