Tenqri
Ana Səhifə
Dünya

Kremlin İrəvana qarşı ticarət savaşı: Gül, tərəvəz, indi də alkoqol

Rusiya tərəfi Ermənistandan idxal olunan keyfiyyətsiz alkoqollu məhsulları aşkar edib və onların satışını qadağan edib Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, "Rospotrebnadzor" (Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət Federal Xidməti) Ermənistanın "V

0 baxışmodern.az
Kremlin İrəvana qarşı ticarət savaşı: Gül, tərəvəz, indi də alkoqol
Paylaş:

Rusiya tərəfi Ermənistandan idxal olunan keyfiyyətsiz alkoqollu məhsulları aşkar edib və onların satışını qadağan edib Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, "Rospotrebnadzor" (Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət Federal Xidməti) Ermənistanın "Vedi-alko", "Abovyan Konyak Zavodu" və "Şahnazaryan Şərab-Konyak Evi" şirkətlərinin məhsullarında ciddi qayda pozuntuları qeydə alıb. Qadağan olunan məhsullar arasında "Getap Vernaşen" şərabı, həmçinin "Erməni konyakı 5 ulduz" və "Şahnazaryan XO" konyak markaları da var Xatırladaq ki, bundan əvvəl "Rospotrebnadzor" Ermənistanın məşhur "Cermuk" mineral suyunun Rusiya ərazisinə idxalını dayandırmışdı. Digər bir nəzarət qurumu – "Rosselxoznadzor" isə mayın 22-dən etibarən Ermənistandan güllərin gətirilməsinə məhdudiyyət qoyub. Bundan əlavə, iki ölkə arasında Ermənistandan idxal edilən meyvə və tərəvəzlərlə bağlı da analoji problemlər yaşanmaqdadır

Kaynak: modern.az

Diğer Haberler