Tenqri
Ana Səhifə
Dünya

Kreml: Ukraynada proses fasilədədir

Hazırda Ukrayna münaqişəsi üzrə vasitəçilik prosesi dayandırılıb, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Eyni zamanda, amerikalı danışıqlarçılar Rusiya ilə əlaqələri davam etdirirlər "Bizimlə həm mövcud kanallar vasitəsilə, həm də ukraynalılarla əlaqələr davam edir", - Peskov b

0 baxışhaqqin.az
Kreml: Ukraynada proses fasilədədir
Paylaş:

Hazırda Ukrayna münaqişəsi üzrə vasitəçilik prosesi dayandırılıb, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Eyni zamanda, amerikalı danışıqlarçılar Rusiya ilə əlaqələri davam etdirirlər "Bizimlə həm mövcud kanallar vasitəsilə, həm də ukraynalılarla əlaqələr davam edir", - Peskov bildirib. O qeyd edib ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoffun başçılıq etdiyi amerikalı nümayəndə heyətinin gəlişi üçün dəqiq tarix yoxdur, lakin Rusiya prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Tramp arasında söhbət tezliklə razılaşdırıla bilər Peskov qeyd edib ki, Avropa nümayəndələri “vasitəçi olmağa hazır deyillər”. "Rusiyaya bəzi şərtlər irəli sürməklə vasitəçilik səylərinə başlamaq yəqin ki, məntiqsizdir, yanlışdır. Və təbii ki, bu, bizim üçün qəbuledilməzdir", - mətbuat katibi qeyd edib İyunun 8-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa ölkələri ilə Kiyev arasında Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün uzaqmənzilli silahların tədarükünə dair razılaşmalar fonunda Ukraynadakı münaqişənin həlli üzrə danışıqların mümkünlüyünə şübhə edib. Eyni zamanda, Lavrovun sözlərinə görə, ABŞ Ankoricdə daha əvvəl əldə edilmiş razılaşmalara qayıtmaqda maraqlı deyil

Kaynak: haqqin.az

Diğer Haberler

Кремль: Процесс по Украине на паузе | Tenqri