Qırğızıstanda Qırmızı Kitab yenilənəcək
Təbii Sərvətlər, Ekologiya və Texniki Nəzarət Nazirliyi Milli Elmlər Akademiyası ilə birlikdə ölkənin “Qırmızı Kitabı”nın yenilənməsi istiqamətində genişmiqyaslı elmi işlərə başlayıb İki il ərzində alimlər nadir və nəsli kəsilməkdə olan heyvan, bitki və göbələk növlərinin vəziyyəti haqqında məluma

Təbii Sərvətlər, Ekologiya və Texniki Nəzarət Nazirliyi Milli Elmlər Akademiyası ilə birlikdə ölkənin “Qırmızı Kitabı”nın yenilənməsi istiqamətində genişmiqyaslı elmi işlərə başlayıb İki il ərzində alimlər nadir və nəsli kəsilməkdə olan heyvan, bitki və göbələk növlərinin vəziyyəti haqqında məlumat toplamaq üçün ölkənin bütün regionlarında kompleks tədqiqatlar aparacaqlar Hazırda Qırğızıstanın Qırmızı Kitabına 57 növ quş, 23 növ məməli, 2 növ amfibiya, 8 növ sürünən, 7 növ balıq, 18 növ buğumayaqlılar, həmçinin 89 növ ali bitki və göbələklər daxildir Yada salaq ki, 2025-ci ilin dekabrında ölkədə son on ildə ilk dəfə olaraq Orta Asiya çay su samuru aşkar edilib Əvvəllər bildirilmişdi ki, ölkədə Qırmızı Kitaba düşən heyvanların qanunsuz ovlanmasına görə yüksək cərimələr müəyyən edilib, vəhşi təbiətə dəymiş ziyana görə məsuliyyət sərtləşdirilib Qar bəbirinin rəsmi olaraq Qırğızıstan Respublikasının simvolu kimi tanındığını da yazmışdıq


