Tenqri
Ana Səhifə
Dünya

Krasnodar dronların hücumuna məruz qalıb, neft emalı zavodu yanıb

İyunun 11-nə keçən gecə Rusiya Federasiyasının Krasnodar vilayətindəki Afipski neft emalı zavoduna pilotsuz təyyarələr hücum edib, müəssisənin ərazisində güclü yanğın baş verib Yerli ictimaiyyətin məlumatına görə, Afipski kəndindəki neft emalı zavoduna hücum gecə yarısından sonra başlayıb. Yerli s

0 baxışhaqqin.az
Krasnodar dronların hücumuna məruz qalıb, neft emalı zavodu yanıb
Paylaş:

İyunun 11-nə keçən gecə Rusiya Federasiyasının Krasnodar vilayətindəki Afipski neft emalı zavoduna pilotsuz təyyarələr hücum edib, müəssisənin ərazisində güclü yanğın baş verib Yerli ictimaiyyətin məlumatına görə, Afipski kəndindəki neft emalı zavoduna hücum gecə yarısından sonra başlayıb. Yerli sakinlər bir neçə dəqiqəlik fasilələrlə uçan dronların səsini bildiriblər "Afipski kəndinə pilotsuz təyyarələrin fraqmentləri düşüb. Nəticədə neft emalı zavodunun ərazisində yanğın baş verib", - Krasnodar diyarının operativ qərargahı bildirib Daha sonra onlar dron hücumundan sonra neft emalı zavodunda baş verən yanğının söndürüldüyünü bildiriblər Afipski Neft Emalı Zavodu, layihə gücü ildə 6 milyon tondan çox neft olan Rusiyanın cənubundakı ən böyük neft emalı zavodlarından biridir Həmçinin bildirilir ki, Krasnodarda PUA-nın dağıntıları hündürmərtəbəli binaya çırpılıb, iki nəfər xəsarət alıb. Hadisəni vilayət qubernatoru Veniamin Kondratyev də təsdiqləyib: "Nəticədə yanğın baş verib. Əməliyyat və xüsusi təyinatlılar hadisə yerindədir. İlkin məlumata görə, iki qurban var". Kondratyev həmçinin bildirib ki, bölgənin Severski rayonu hücuma məruz qalıb, burada bir nəfər yaralanıb, daha bir neçə PUA-nın dağıntıları fərdi evlərin üzərinə düşüb

Kaynak: haqqin.az

Diğer Haberler