Tenqri
Ana Səhifə
Dünya

Kürşad Zorlu: Müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimiz mühüm nəticələr verir

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli iradəsi sayəsində müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimiz təkcə bölgəmizdə deyil, Asiyadan Avropaya qədər bir çox strateji sahədə mühüm nəticələr verməkdədir AZƏRTAC xəbər verir ki, bu fiki

0 baxışazertag.az
Kürşad Zorlu: Müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimiz mühüm nəticələr verir
Paylaş:

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli iradəsi sayəsində müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimiz təkcə bölgəmizdə deyil, Asiyadan Avropaya qədər bir çox strateji sahədə mühüm nəticələr verməkdədir AZƏRTAC xəbər verir ki, bu fikirlər Türkiyə hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Türk dünyası ilə əlaqələr üzrə sədr müavini Kürşad Zorlunun 15 İyun-Milli Qurtuluş Günü münasibətilə yayımladığı mesajında yer alıb “Can Azərbaycanın 15 İyun-Milli Qurtuluş Gününü təbrik edir, Şuşa Bəyannaməsinin ildönümündə qardaşlığımızın və həmrəyliyimizin daha da möhkəmlənərək gələcəyə daşınmasını arzulayıram. Bu bağlılığın ən güclü rəmzi, şübhəsiz ki, “Bir millət, iki dövlət” şüarımızın dünyaya nümayiş etdirdiyi Qarabağ Zəfəri oldu. Bu Zəfər Türkiyə və Azərbaycanın birlikdə olduqda nümayiş etdirdiyi möhkəm mövqeyin təcəssümüdür”,-deyən Zorlu Türkiyə ilə Azərbaycanın ortaq tarix kitabının hazırlanması istiqamətində işlərə başlanıldığını da açıqlayıb “Qədim coğrafiyamızda sülhün, rifahın və əmin-amanlığın bərqərar olmasına xidmət edəcək dövlətçilik anlayışımızla əbədi qardaşlığımızın daim olmasını arzulayıram”, -deyə o əlavə edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler