Tenqri
Ana Səhifə
Dünya

Şükür ki, bu arzu gerçəyə çevrildi... - Elxan Cəfərov

Azərbaycan Respublikası Kino Agentliyinin Baş direktorunun müşaviri, Əməkdar incəsənət xadimi Elxan Cəfərov Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırıb Publika.az onunla müsahibəni təqdim edirik Elxan müəllim, bildiyimizə görə, hazırda Memar Əcəmi Naxçıvaninin həyat və yaradıcılığın

0 baxışpublika.az
Şükür ki, bu arzu gerçəyə çevrildi... - Elxan Cəfərov
Paylaş:

Azərbaycan Respublikası Kino Agentliyinin Baş direktorunun müşaviri, Əməkdar incəsənət xadimi Elxan Cəfərov Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırıb Publika.az onunla müsahibəni təqdim edirik Elxan müəllim, bildiyimizə görə, hazırda Memar Əcəmi Naxçıvaninin həyat və yaradıcılığına həsr olunmuş bədii-sənədli film üzərində çalışırsınız. Memar Əcəminin irsini tamaşaçılara hansı aspektdən təqdim etməyi planlaşdırırsınız? Film hazırda istehsalat mərhələsindədir və inşallah, ilin sonuna qədər tamamlanacaq. Düşünürəm ki, bu ekran əsəri vasitəsilə tamaşaçılara Memar Əcəmi haqqında dolğun və dəyərli məlumat təqdim edə biləcəyik. Çəkilişlərin əsas mərhələsinə iyulun əvvəlində start veriləcək. Çəkilişlər indi də davam edir, amma bunlar daha çox sənədli kadrlardır. Naxçıvanda sənədli materialların çəkilişini həyata keçiririk Müasir Azərbaycan kinosunun durumunu necə dəyərləndirirsiniz? Sizcə, yerli kino sənayesinin beynəlxalq arenada daha güclü təmsil olunması üçün hansı addımlar atılmalıdır? Yaradıcı insan kimi düşünürəm ki, bu istiqamətdə müəyyən işlər görülür. Əlbəttə, görülən işlər daha da təkmilləşdirilə və proses daha yaxşı aparıla bilər. İstərdim, prosesdə aktivlik güclənsin Azərbaycan kinosunun beynəlxalq arenada təmsil olunması üçün ölkədə kino istehsalat sistemi tam formalaşmalıdır. Hazırda bu formalaşma prosesi gedir. Kinomuz tam formalaşandan sonra beynəlxalq arenaya çıxışdan daha detallı danışmaq mümkün olacaq. Hələ ki proses fərdi şəkildə, sistemsiz formada, əsasən yaradıcı şəxslərin və ayrı-ayrı layihələrin hesabına gedir Davamlı nəticəyə nail olmaq üçün Azərbaycan kino istehsalat sistemi mükəmməl şəkildə formalaşmalıdır. Bu istiqamətdə işlər davam edir. - Prosesin sürətlənməsi ilə bağlı real və ümidverici perspektivlər mövcuddurmu? Ümid həmişə var, bunun yaxın və ya uzaq zamanda baş verəcəyini isə demək çətindir. Bunlar təşkilati məsələlərdir, bir sıra əlavə nüanslarla bağlıdır Həm istehsalat sisteminin təkmilləşdirilməsi, həm maliyyə mexanizminin tənzimlənməsi, həm də kino haqqında qanunvericiliyin inkişafı kimi məsələlər bu prosesə daxildir. Bütün bunların nə vaxt baş verəcəyi barədə isə, yenə təkrar edirəm, yaradıcı insan kimi mən dəqiq proqnoz verə bilmərəm. Fikrimcə, ən azı 10 il ərzində bu prosesin yekunlaşması mümkündür. - Filmlərinizdə vətənpərvərlik, insan münasibətləri və mənəvi dəyərlər tez-tez ön plana çıxır. Bu mövzuların seçilməsi şəxsi həyat fəlsəfənizlə nə dərəcədə bağlıdır? Təbii ki, bilavasitə bağlıdır... Belə bir söz var: “Aşıq gördüyünü oxuyar”. Yaradıcı insan da ürəyindən keçən arzuları tərənnüm etməyə çalışır və özünün psixoloji-mənəvi durumunu ekrana köçürür. Başqa variant yoxdur Mən özüm fərqli insanam, filmlərim isə tamam başqa cürdür - bu da ola bilməz. Hər bir yaradıcı insan öz düşüncələrini, mənəvi duyğularını ekrana köçürür. - Uzun illərdir kino sahəsində fəaliyyət göstərirsiniz, müxtəlif nəsillərin nümayəndələri ilə çalışmısınız. Kino sənətinə gələn gənc rejissor və aktyorlara ən vacib tövsiyəniz nə olardı? - Hamımız incəsənət sahəsinə müəyyən arzu və ideallarla gəlirik. Belə bir deyim var: incəsənət qurban tələb edir. Burada söhbət, əlbəttə, başqa mənada qurbanlardan getmir. İnsan ilk növbədə öz üzərində işləməli, bəzi şəxsi xüsusiyyətlərindən, təkəbbüründən və eqosundan uzaqlaşmağı bacarmalıdır Bu sənətə digər texniki peşələr kimi yanaşmaq olmaz. “Bu sənət mənə nə verəcək, həyatıma nə qatacaq?” sualını yox, “Mən Azərbaycan kinosu üçün nə edə bilərəm, onun inkişafına necə töhfə verə bilərəm?” sualını verməlisən. Bu yolda ən vacib keyfiyyətlər səbirli olmaq, təkəbbürdən uzaq durmaq, daim öz üzərində çalışmaq və dünya kinosuna açıq olmaqdır Milli dəyərlərimizi ön plana çıxarmaq da son dərəcə vacibdir. Çünki bugünkü dünyada özümüzü məhz milli kimliyimiz və milli dəyərlərimiz vasitəsilə tanıda bilərik. Ortaq bəşəri dəyərlər hər yerdə təbliğ olunur. Amma xalqları və mədəniyyətləri bir-birindən fərqləndirən, maraqlı edən məhz milli xüsusiyyətlərdir. - "Dolu” filminin uğurunun əsas səbəbini nədə görürsünüz, onun Azərbaycan kinosundakı yerini necə dəyərləndirirsiniz? Əlbəttə, “Dolu” filminin Azərbaycan kinosunda özünəməxsus və müstəsna yeri var. Düşünürəm ki, hər bir sənət əsərinin yaranmasında təkcə peşəkarlıq deyil, həm də zamanın ruhu, insanların duyğuları və müəyyən mənada ilahi bir qüvvənin himayəsi mühüm rol oynayır. “Dolu” filmində bir çox amillər bir nöqtədə qovuşub Bir tərəfdən Birinci Qarabağ müharibəsinin ağrısı və nisgili, digər tərəfdən insanların qəlbində yaşayan Qarabağa qayıdış arzusu vardı. Eyni zamanda, Qarabağ uğrunda döyüşən qəhrəman oğullarımızın tarixini gənc nəslə çatdırmaq kimi böyük bir missiya da daşıyırdıq Filmin istehsalında iştirak edən hər bir insanın - istər kino işçisi, istərsə də bu prosesə dəstək verən digər şəxslərin - ürəyində ortaq bir arzu dolaşırdı: Qarabağa qayıtmaq arzusu. Şükür ki, bu arzu gerçəyə çevrildi Kino sahəsinin hazırkı inkişafı üçün hansı resepti təqdim edərdiz? Bir sıra mühüm amilləri qeyd edərdim. Kino istehsalı yalnız rejissor, operator, ssenari müəllifi, aktyor və ya rəssamdan ibarət deyil. Kino istehsalat prosesində ümumilikdə 75-dən artıq müxtəlif peşə sahəsi iştirak edir. Bu sahələrin mütəxəssislərinin peşəkar təcrübə qazanması və ixtisaslarını təkmilləşdirməsi üçün xarici ölkələrdə təhsil və təcrübə proqramlarına cəlb olunmalarına ehtiyac var Eyni zamanda, gənclərin kino prosesində yetişməsinə və peşəkar hazırlığına olan ehtiyacı vurğulamalıyıq Kino sənayesinin inkişafı üçün ən vacib məsələlərdən biri çəkiliş prosesinin davamlı olmasıdır. Çünki bu sahədə təcrübə qazanmağın ən effektiv yolu çəkiliş meydançasında işləməkdir. Film istehsalı dayandıqda peşəkar inkişaf prosesi də ləngiyir Kino istehsalı digər sahələrdən əhəmiyyətli dərəcədə fərqlənir və özünəməxsus xüsusiyyətlərə malikdir. Bütün bu spesifik məqamlar qanunvericilikdə nəzərə alınmalıdır. Qarşıda həm maliyyələşmə mexanizmləri, həm istehsalın həcmi, həm də sənayenin inkişaf perspektivləri baxımından həllini gözləyən çoxsaylı vəzifələr durur Hesab edirəm ki, bütün bu məsələlər kompleks şəkildə müvafiq kino qanunvericiliyinin formalaşdırılması və qəbulundan sonra daha sürətli və sistemli şəkildə həllini tapacaq Gənc rəssam Amir Hüseynlinin fərdi sərgisi açıldı - Foto Aşqabadda Azərbaycan Mədəniyyəti Günləri başlayır - FOTOLAR Natiq Qasımova həsr edilmiş "Düşmənə qarşı tək" filmi təqdim edildi - FOTO Xankəndidə keçirilən çay və qəhvə festivalı atəşfəşanlıqla başa çatdı Son 10 ilin ən yaxşı 5 serialı Odlar Yurdunun cazı Skandinaviya işıqları altında - VİDEO Mask Avropa İttifaqını saxta təşkilat adlandırdı 4 polisi və özünü qumbara ilə belə partlatdı - VİDEO Şükür ki, bu arzu gerçəyə çevrildi... - Elxan Cəfərov Ermənistanda dəhşət - Mayıs, Xıdır və Saşa belə öldürüldü(VİDEO) DSX əməliyyat keçirdi - Əfqanıstan vətəndaşları saxlanılıb “Qarabağ”ın yarımmüdafiəçisi oynadı? Bakıda yeni söküntülər və abadlıq layihələri - Hansı ərazilər dəyişəcək? Bakıya uça bilməzsən dedilər, ağladım... - Nadir Qafarzadənin başına iş gəldi

Kaynak: publika.az

Diğer Haberler

Şükür ki, bu arzu gerçəyə çevrildi... - Elxan Cəfərov | Tenqri