İti ilə gəzən gənc qadın qapaq qırılarkən kanalizasiyaya düşüb
Braziliyanın Kuyaba şəhərində baş verən dəhşətli hadisə kameralara tuş gəlib. Səki ilə gedən 21 yaşlı gənc qadın ayağını basdığı lyuk qapağı qəfil qırıldığından metrlərlə aşağı yıxılıb Kadrlarda gənc qadının yeriyərkən qəfildən beton örtüyün ikiyə bölündüyü və qadının saniyələr ərzində kanalizas

Braziliyanın Kuyaba şəhərində baş verən dəhşətli hadisə kameralara tuş gəlib. Səki ilə gedən 21 yaşlı gənc qadın ayağını basdığı lyuk qapağı qəfil qırıldığından metrlərlə aşağı yıxılıb Kadrlarda gənc qadının yeriyərkən qəfildən beton örtüyün ikiyə bölündüyü və qadının saniyələr ərzində kanalizasiya çuxuruna düşdüyü görülüb. Ətrafdakı vətəndaşlar təşviş içində köməyə qaçıb Yerli mənbələrin məlumatına görə, hadisədən sonra gənc qadın xəstəxanaya yerləşdirilib. Bədəninin müxtəlif yerlərindən yaralanan qadının dişlərinin bir hissəsini itirdiyi öyrənilib Hadisə ilə bağlı araşdırma başlanarkən sosial şəbəkələrdə yayılan görüntülər qısa zamanda trend mövzusuna çevrilib


