Kos: Bu gün Aİ-nin genişlənməsi və Ukraynayla Moldovanın üzvlüyü üçün vacib gündür
Avropa İttifaqı (Aİ) iyunun 15-də Ukrayna və Moldovanın üzvlüyü üzrə danışıqların birinci klasterini açacaq, bu da ittifaqın genişlənməsi prosesində mühüm mərhələ olacaq "Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos Lüksemburqda Aİ Xarici İ

Avropa İttifaqı (Aİ) iyunun 15-də Ukrayna və Moldovanın üzvlüyü üzrə danışıqların birinci klasterini açacaq, bu da ittifaqın genişlənməsi prosesində mühüm mərhələ olacaq "Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos Lüksemburqda Aİ Xarici İşlər Şurasının iclasından əvvəl jurnalistlərə açıqlamasında bildirib Onun sözlərinə görə, birinci klasterin açılması 2023-cü ildə namizəd statusu aldıqdan sonra Ukrayna və Moldova üçün ilk böyük addım olacaq "Bu gün genişlənmə prosesi üçün həqiqətən də vacib gündür. Nəhayət, biz hər iki ölkə üçün birinci klasteri aça biləcəyik. Niyə? Çünki onlar öz işlərini yerinə yetiriblər və bunu etməyin vaxtı çatıb. Əgər onlar öz öhdəliklərini yerinə yetirirlərsə, biz də öz öhdəliklərimizi yerinə yetirməliyik", - o bildirib Kos əlavə edib ki, qalan beş klasterin də artıq iyul ayında açılacağını gözləyir. Aİ-nin və Ukraynanın danışıqların daha da irəliləməsinə hazır olub-olmaması ilə bağlı suala cavab verən Kos, texniki hazırlığın başa çatdığını bildirib O Monteneqro barədə bildirib ki, Avropa Komissiyası, üzv dövlətlər və Çernoqoriyanın birgə səyləri uğurlu olarsa, ölkə İrlandiyanın Aİ Şurasına növbəti sədrliyi dövründə danışıqlar prosesinin başa çatmasına yaxınlaşa bilər "İrlandiyanın Aİ Şurasına sədrliyinin sonuna qədər (2026-cı ilin sonlarında başa çatacaq - red.), Monteneqro Avropa İttifaqına üzvlüyə tam yaxınlaşa bilər", - o bildirib Kos vurğulayıb ki, son aylarda Aİ-nin genişlənmə siyasəti nəticələr nümayiş etdirir Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


