“Əlaqələr davam edir”: Trampın adamları Moskvada gözlənilir
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPİEF) kuluarlarında bildirib ki, o, Amerika liderinin xüsusi nümayəndəsi Stiven Vitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerlə əlaqə saxlayır və onların ölkəyə səfəri hazırlanır Rusiya mətbuatı xəbər verir k

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPİEF) kuluarlarında bildirib ki, o, Amerika liderinin xüsusi nümayəndəsi Stiven Vitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerlə əlaqə saxlayır və onların ölkəyə səfəri hazırlanır Rusiya mətbuatı xəbər verir ki, Uşakov Vitkoff və Kuşnerlə qarşılıqlı əlaqə ilə bağlı sualı cavablandırıb: “Mən əlaqələrimi elan etmirəm, lakin onlar mövcuddur” Uşakov ABŞ nümayəndələrinin səfəri ilə bağlı sualı cavablandırarkən deyib: "Bu, mənim qeyd etdiyim də daxil olmaqla, bir neçə dəfə qeyd olunub. Səfər hazırlanır Uşakov həmçinin bildirib ki, Rusiya ilə ABŞ arasında, əsasən də telefon əlaqəsi var: "Əlaqələr davam edir. Onlar haqqında sizə əvvəllər məlum olduğundan daha ətraflı məlumat verə bilmərəm. Onlarla əlaqə saxlanılır"


