Tenqri
Ana Səhifə
Dünya

Bakıda böyük yanğın: yanan anbar Kontakt Home-a məxsusdur - Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin açıqlamaları; şəkil; video; 13:03 yeniləndi

Yanğının baş verdiyi Lökbatan kəndindəki anbar “Kontakt Home” mağazalar şəbəkəsinə məxsusdur. Bu barədə şirkət sosial şəbəkələrdə məlumat yayıb "Bu gün malların saxlandığı anbarlarımızdan birində yanğın olub. Ən əsası odur ki, heç kim xəsarət almayıb, hadisə yerində olanların hamısı sağ-salamatdır

0 baxışhaqqin.az
Bakıda böyük yanğın: yanan anbar Kontakt Home-a məxsusdur - Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin açıqlamaları; şəkil; video; 13:03 yeniləndi
Paylaş:

Yanğının baş verdiyi Lökbatan kəndindəki anbar “Kontakt Home” mağazalar şəbəkəsinə məxsusdur. Bu barədə şirkət sosial şəbəkələrdə məlumat yayıb "Bu gün malların saxlandığı anbarlarımızdan birində yanğın olub. Ən əsası odur ki, heç kim xəsarət almayıb, hadisə yerində olanların hamısı sağ-salamatdır. Dərhal müdaxilə etdikləri üçün təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinə təşəkkür edirik", - məlumatda deyilir Şirkət xəbərdarlıq edib ki, “bəzi sifarişlərin çatdırılmasında qısamüddətli gecikmələr ola bilər” Bakının Lökbatan kəndindəki anbarda yanğının tam söndürülməsi istiqamətində zəruri tədbirlər davam etdirilir Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xidmətləri, aviasiya dəstəsi və Bakı Regional Mərkəzinin ümumilikdə 182 nəfər əməkdaşı, 40 ədəd xüsusi texnika və 2 helikopter cəlb olunub Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan kəndindəki anbarda baş vermiş yanğının mürəkkəbliyinə və küləkli olmasına baxmayaraq, daha geniş əraziyə keçməsinin qarşısı alınıb və nəzarət altına alınıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinə məlumat verilib Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir. Ətraflı məlumat daha sonra veriləcək Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) xəbər verir ki, mayın 12-də saat 01:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonunun Lökbatan kəndindən siqnal daxil olub. Zəng yerinə təcili tibbi yardım briqadası göndərilib. Saat 09:30-a olan məlumata görə, tələfat qeydə alınmayıb Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Bakının Lökbatan kəndində anbarda baş vermiş yanğının söndürülməsi istiqamətində zəruri işləri davam etdirirlər Mətbuat xidmətindən bildirilib ki, mallar anbardan çıxarılaraq təhlükəsiz zonaya daşınır Bakının Lökbatan kəndindəki anbarda yanğının söndürülməsi davam edir Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hazırda fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov yanğın yerindədir Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan kəndində yanğın olması barədə məlumat daxil olub Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır. Əraziyə Fövqəladə Hallar Nazirliyinin kifayət qədər texnikası və canlı qüvvəsi göndərilib. Yanğının söndürülməsini sürətləndirmək üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Hərbi Hava Qüvvələrinin helikopterləri cəlb olunub İlkin məlumata görə, yanğın nəticəsində tələfat olmayıb Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Qaradağ rayonu ərazisindəki anbarlardan birində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları tərəfindən vətəndaşların təhlükəsiz təxliyyəsi, o cümlədən yanğın-xilasetmə hissələrinin maneəsiz işləməsi üçün zəruri əməliyyat tədbirləri davam etdirilir

Kaynak: haqqin.az

Diğer Haberler