Tenqri
Ana Səhifə
Dünya

“Konstitusiya islahatı sülh müqaviləsinin alternativi deyil” - Fond rəhbəri

“Konstitusiyanın adı və ya qəbul edilmə proseduru onun mahiyyətini müəyyən etmir. Əsas məsələ onun hansı prinsiplərə söykənəcəyidir. Dövlətin əsasları necə müəyyən ediləcək? Ermənistanın Müstəqillik Bəyannaməsinə münasibət necə ifadə olunacaq? Dövlətin qonşularına münasibətini müəyyən edən hüquqi mü

0 baxış525.az
“Konstitusiya islahatı sülh müqaviləsinin alternativi deyil” - Fond rəhbəri
Paylaş:

“Konstitusiyanın adı və ya qəbul edilmə proseduru onun mahiyyətini müəyyən etmir. Əsas məsələ onun hansı prinsiplərə söykənəcəyidir. Dövlətin əsasları necə müəyyən ediləcək? Ermənistanın Müstəqillik Bəyannaməsinə münasibət necə ifadə olunacaq? Dövlətin qonşularına münasibətini müəyyən edən hüquqi müddəalar dəyişəcəkmi? Beynəlxalq hüququn, xüsusilə dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipləri yeni konstitusiya mətnində necə əks olunacaq? Bu suallar cavablandırılmadan yeni Konstitusiya təşəbbüsünün hüquqi nəticələri barədə qəti fikir söyləmək mümkün deyil. Azərbaycan üçün məsələnin mahiyyəti də məhz buradadır. Rəsmi Bakı uzun müddətdir bildirir ki, davamlı sülhün hüquqi əsaslarından biri Ermənistanın hüquqi sistemində Azərbaycana qarşı ərazi iddiaları ilə əlaqələndirilən müddəaların aradan qaldırılmasıdır. Bu yanaşma təsadüfi siyasi tələb deyil. Dövlətlər arasında bağlanacaq sülh müqaviləsinin dayanıqlılığı tərəflərin daxili hüquq sistemində həmin müqaviləyə zidd hüquqi əsasların qalmamasından da asılıdır” Bu fikirləri “Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev 525.az-a bildirib. Fond rəhbəri vurğulayıb ki, Beynəlxalq hüququn fundamental prinsiplərindən olan pacta sunt servanda – bağlanmış müqavilələrə vicdanla əməl edilməsi prinsipi də bunu tələb edir. Əgər daxili hüquq sistemi gələcəkdə beynəlxalq öhdəliklərin icrasına mane ola biləcək müddəaları özündə saxlayırsa, bu, hüquqi qeyri-müəyyənlik yaradır və tərəflər arasında etimadı zəiflədir. Məhz buna görə Paşinyanın bəyanatının əsas əhəmiyyəti yeni Konstitusiya vəd etməsində deyil. Əsas məsələ ondan ibarətdir ki, Ermənistan ilk dəfə olaraq dövlətçilik modelini yenidən müəyyənləşdirmək niyyətini bu qədər açıq şəkildə siyasi gündəliyinə daxil edir: “Lakin bu prosesin real nəticələrini yalnız gələcək konstitusiya layihəsinin konkret müddəaları göstərəcək. Tarix göstərir ki, yeni Konstitusiya qəbul edən hər bir dövlət əslində təkcə yeni hüquqi mətn qəbul etmir. O, öz gələcəyi barədə seçim edir. Konstitusiya dövlətin siyasi kimliyini, hüquqi dəyərlər sistemini və gələcək inkişaf istiqamətini müəyyən edən əsas sənəddir. Məhz buna görə onun məzmunu hər zaman adından daha böyük əhəmiyyət daşıyır. Bu baxımdan Ermənistanın qarşısında duran əsas məsələ yeni Konstitusiyanın qəbul edilib-edilməməsi deyil. Əsas məsələ həmin Konstitusiyanın hansı dövlət fəlsəfəsini ifadə edəcəyidir. Əgər yeni hüquqi model beynəlxalq hüququn fundamental prinsiplərinə, dövlətlərin qarşılıqlı suverenliyinə, ərazi bütövlüyünə hörmətə və regional əməkdaşlığa əsaslanarsa, bu, yalnız Ermənistanın daxili siyasi həyatı üçün deyil, bütün Cənubi Qafqazda davamlı sülh və etimadın formalaşması baxımından da mühüm dönüş nöqtəsi ola bilər. Bununla yanaşı, bir məqam xüsusilə vurğulanmalıdır. Konstitusiya islahatı sülh müqaviləsinin alternativi deyil. O, yalnız gələcək sülh sazişinin hüquqi dayanıqlığını və uzunmüddətli sabitliyini möhkəmləndirə biləcək mühüm daxili hüquqi mexanizmlərdən biridir. Əks halda sənədin adı dəyişsə belə, onun doğura biləcəyi hüquqi və siyasi nəticələrin mahiyyəti dəyişməyəcək”

Kaynak: 525.az

Diğer Haberler