Tenqri
Ana Səhifə
Dünya

Konqonun milli futbol komandası dünya çempionatından kənarlaşdırıla bilər

Konqo Demokratik Respublikasının (DR) milli futbol komandası ölkədə yayılan “Ebola” epidemiyası səbəbindən 2026-cı il dünya çempionatından kənarlaşdırılma təhlükəsi ilə üzləşib AZƏRTAC xəbər verir ki, bu barədə ESPN məlumat yayıb Ağ Evin Dünya Kuboku üzrə İşçi Qrupunun icraçı direktoru Endryu Culi

0 baxışazertag.az
Konqonun milli futbol komandası dünya çempionatından kənarlaşdırıla bilər
Paylaş:

Konqo Demokratik Respublikasının (DR) milli futbol komandası ölkədə yayılan “Ebola” epidemiyası səbəbindən 2026-cı il dünya çempionatından kənarlaşdırılma təhlükəsi ilə üzləşib AZƏRTAC xəbər verir ki, bu barədə ESPN məlumat yayıb Ağ Evin Dünya Kuboku üzrə İşçi Qrupunun icraçı direktoru Endryu Culianinin sözlərinə görə, komanda ABŞ-ə yollanmadan əvvəl Belçikada 21 günlük karantindən keçməlidir. Əks halda, onların turnirə ev sahibliyi edən ölkələrə girişinə icazə verilməyə bilər Konqo DR millisi epidemiya səbəbindən Kinşasadakı təlim-məşq toplanışını ləğv edərək hazırlığını Belçikada davam etdirmək qərarı verib. Komanda qrup mərhələsində Portuqaliya, Özbəkistan və Kolumbiya ilə qarşılaşacaq Qeyd edək ki, mayın 17-də Ümumdünya Səhiyyə Təşkilatı Konqo Demokratik Respublikası və Uqandada “Ebola” epidemiyasını beynəlxalq səviyyədə fövqəladə vəziyyət elan edib. Hazırda Konqo DR-də təxminən 750 şübhəli yoluxma halı və 177 ölüm qeydə alınıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler