Kolumbiyada yük maşını insanlara çırpılıb, ölənlər və yaralılar var
Kolumbiyanın Popayan şəhərində avtomobil yarışı zamanı faciə baş verib "Report"un "Reuters"ə istinadən verdiyi məlumata görə, hadisə dünən ölkənin cənubundakı Kauka departamentində qeydə alınıb Bölgə qubernatorunun sözlərinə görə, yük maşınının tamaşaçıları vurması nəticəsində ən azı iki nəfər ölü

Kolumbiyanın Popayan şəhərində avtomobil yarışı zamanı faciə baş verib "Report"un "Reuters"ə istinadən verdiyi məlumata görə, hadisə dünən ölkənin cənubundakı Kauka departamentində qeydə alınıb Bölgə qubernatorunun sözlərinə görə, yük maşınının tamaşaçıları vurması nəticəsində ən azı iki nəfər ölüb, 37 nəfər yaralanıb Sosial mediada yayılan görüntülərdə nəhəng nəqliyyat vasitəsinin maneəni aşdığı, lakin sonra dayana bilmədiyi və tamaşaçı izdihamına çırpıldığı görünür Kolumbiyanın "El Espectador" qəzetinin məlumatına görə, ölənlərdən biri 10 yaşlı qız olub Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


