Kolumbiya çaşqındır! Petronun qızına məhəl qoymayan Rodriges gündəmə gəlib
Kolumbiya millisinin dünya çempionatı öncəsi keçirilən yola salma mərasimi gözlənilməz mübahisəyə şahidlik edib. Paytaxt Boqotadakı El Dorado Beynəlxalq Hava Limanında keçirilən mərasimə prezident Qustavo Petro və qızı Antonella Petro da qatılıb Mərasimdə prezident Petro və qızı milli komandanın o

Kolumbiya millisinin dünya çempionatı öncəsi keçirilən yola salma mərasimi gözlənilməz mübahisəyə şahidlik edib. Paytaxt Boqotadakı El Dorado Beynəlxalq Hava Limanında keçirilən mərasimə prezident Qustavo Petro və qızı Antonella Petro da qatılıb Mərasimdə prezident Petro və qızı milli komandanın oyunçularına müxtəlif hədiyyələr təqdim ediblər. Lakin sosial mediada yayılan görüntülərdə Antonella Petronun komandanın kapitanı Xames Rodrigeslə şəkil çəkdirmək istədiyi, lakin Rodrigezin bu istəyinə cavab vermədiyi iddia edilib Görüntülər yayıldıqdan sonra Kolumbiyada futbol azarkeşləri ikiyə bölünüb. Bəzi istifadəçilər Rodriqesin gənc qızın istəyinə məhəl qoymadığını əsas gətirərək ulduz futbolçunu tənqid edərkən, bəziləri isə görüntülərin yanlış şərh edildiyini və hadisənin kontekstindən çıxarıldığını iddia edib. Müzakirələr tez bir zamanda milli gündəliyə keçdi Prezidentin 17 yaşlı qızı Antonella Petro videomüraciətlə Xames Rodriqesin tənqidinə qarşı çıxıb Rodriqesin uşaqlıqdan onun kumiri olduğunu deyən Antonella 2014-cü il Dünya Çempionatında Uruqvaya vurduğu unudulmaz qolu xatırlayaraq, "Həyatımda qeyd etdiyim ilk qol sənindi, Ceyms. Uşaq vaxtı sənə çoxlu məktublar yazmışdım. Birlikdə milli komandamıza dəstək olmalıyıq. Ümid edirəm ki, bir gün foto çəkdirmək xəyalım gerçəkləşəcək" Reaksiyalardan sonra James Rodriguez də sosial media hesabında Antonella Petronu işarələyərək açıqlama verib. Ulduz futbolçu "Antonella, o foto tezliklə çəkiləcək. Mənim formam da sənə fəda olsun. Mənə və bütün komanda yoldaşlarıma verdiyin dəstəyə görə çox sağ ol. İndi dünya çempionatında millimiz üçün birləşməyin vaxtıdır" deyib. Rodrigezin paylaşımı qısa zamanda böyük marağa səbəb olub Kolumbiya prezidenti Qustavo Petro da sosial media hesabındakı paylaşımında Xames Rodrigesə təşəkkür edib. Beləliklə, günlərdir müzakirə edilən foto böhranı tərəflərin qarşılıqlı müsbət mesajları ilə aradan qaldırılıb


