Tenqri
Ana Səhifə
Dünya

Əli Xameneinin dəfn mərasimi nə vaxt olacaq?

İranın keçmiş ali dini lideri Ayətullah Əli Xameneinin dəfn mərasimi iyunun 26-dan sonra keçiriləcək. Bu barədə Tasnim agentliyi məlumat yayıb Agentlik qeyd edir ki, Xamneyinin dəfn tarixi ilə bağlı xarici mətbuatda yayılan xəbərlər həqiqətə uyğun deyil. Bildirilir ki, Əli Xameneinin vida və dəfn

0 baxışhaqqin.az
Əli Xameneinin dəfn mərasimi nə vaxt olacaq?
Paylaş:

İranın keçmiş ali dini lideri Ayətullah Əli Xameneinin dəfn mərasimi iyunun 26-dan sonra keçiriləcək. Bu barədə Tasnim agentliyi məlumat yayıb Agentlik qeyd edir ki, Xamneyinin dəfn tarixi ilə bağlı xarici mətbuatda yayılan xəbərlər həqiqətə uyğun deyil. Bildirilir ki, Əli Xameneinin vida və dəfn mərasimləri Məhərrəm ayının ilk on günündən sonra keçiriləcək İran İnternational xəbər verir ki, öz növbəsində Tehranın meri Əlirza Zəkani bildirib ki, İranın keçmiş ali dini lideri Əli Xamneyinin dəfn mərasimi Məhərrəm ayının ikinci ongünlüyündə baş tutacaq, bu təxminən iyunun sonu və iyulun əvvəlinə uyğundur İranda 2026-cı ilin Məhərrəm ayı iyunun 16-da başlayır. Bu gün müsəlmanlar hicri qəməri ilə yeni 1448-ci ilin başlanğıcını qeyd edəcəklər. Bu ayın ən mühüm günü - Aşura günü 2026-cı il iyunun 25-nə təsadüf edir Əli Xamneyinin dəfn mərasimi dövlət ehtiramları ilə keçiriləcək və ölkənin müxtəlif şəhərlərində üç gün davam edəcək. Mərasimlər irimiqyaslı matəm tədbirlərinin keçirildiyi paytaxt və əsas dini mərkəzləri əhatə edəcək Şəhər rəsmilərinin bildirdiyinə görə, Tehranda dəfn mərasimi ən azı 24 saat davam edəcək Dəfn yeri ölkənin şərqindəki Məşhəd şəhəridir və buraya qonşu ölkələrdən, xüsusən də Pakistan və Əfqanıstandan insanların gələcəyi gözlənilir. Bundan əlavə, Qumun dini mərkəzində daha bir əhəmiyyətli yürüşün keçirilməsi planlaşdırılır Xatırladaq ki, Əli Xamneyi və ailəsinin bəzi üzvləri fevralın 28-də ABŞ və İsrailin Tehrana birgə hücumu zamanı həlak olub. Əli Xamneyinin oğlu Müctəba daha sonra Əli Xamneyinin varisi seçildi

Kaynak: haqqin.az

Diğer Haberler