Kobaxidze: Orta Dəhlizin potensialından yararlanmaqla Serbiya ilə tərəfdaşlığı dərinləşdirməyə hazırıq
Gürcüstan Orta Dəhlizin tranzit potensialından tam istifadə üçün Serbiya ilə tərəfdaşlığı dərinləşdirməyə hazırdır "Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Serbiya Prezidenti Aleksandr Vuçiç ilə keçirdiyi görüşdən sonra keçirilən birgə brifinqdə bildirib

Gürcüstan Orta Dəhlizin tranzit potensialından tam istifadə üçün Serbiya ilə tərəfdaşlığı dərinləşdirməyə hazırdır "Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Serbiya Prezidenti Aleksandr Vuçiç ilə keçirdiyi görüşdən sonra keçirilən birgə brifinqdə bildirib Onun sözlərinə görə, Gürcüstan və Serbiya arasında ticarət-iqtisadi əlaqələrin inkişafı və nəqliyyat-logistika sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur: "Gürcüstan Orta Dəhlizin ayrılmaz hissəsidir. Biz Avropa ilə Asiya arasında tranzit və ticarət potensialından tam istifadə etmək üçün Serbiya ilə tərəfdaşlığımızı daha da dərinləşdirməyə hazırıq" İ.Kobaxidze Serbiya Prezidentinə Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə göstərdiyi dəstəyə görə təşəkkür edib və Tbilisinin də Serbiyanın suverenliyi və ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyini vurğulayıb Hökumət başçısı həmçinin vurğulayıb ki, Serbiyanın Tbilisidə səfirlik açmaq qərarı son dərəcə vacib addımdır: "Əminəm ki, bu diplomatik nümayəndəlik ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmlənməsinə mühüm töhfə verəcək" Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir
Diğer Haberler

Böyük Britaniyada 2027-ci ildən 16 yaşdan kiçik uşaqlara sosial şəbəkələrdən istifadə qadağan ediləcək - Vlast analitik onlayn jurnalı

Qırğızıstan MDB-də ilk olaraq protezlərin 3D çapını işə saldı: artıq Akçabarda aylarla gözləmək lazım deyil
