Kənd təsərrüfatında yeni inkişaf mərhələsi pərakəndə ticarət sektorunun fəaliyyətinə müsbət təsir göstərəcək - ŞƏRH
Kənd təsərrüfatının inkişafı pərakəndə ticarət şəbəkələri üçün strateji əhəmiyyət daşıyır. Çünki ticarət şəbəkələri son istehlakçı ilə istehsalçı arasında mühüm körpü rolunu oynayır. Yerli kənd təsərrüfatı məhsullarının istehsalı artdıqca məhsul çeşidi genişlənir, təchizat zənciri daha dayanıqlı olu

Kənd təsərrüfatının inkişafı pərakəndə ticarət şəbəkələri üçün strateji əhəmiyyət daşıyır. Çünki ticarət şəbəkələri son istehlakçı ilə istehsalçı arasında mühüm körpü rolunu oynayır. Yerli kənd təsərrüfatı məhsullarının istehsalı artdıqca məhsul çeşidi genişlənir, təchizat zənciri daha dayanıqlı olur, idxaldan asılılıq azalır və nəticədə istehlakçılara daha sabit, daha əlçatan və daha keyfiyyətli məhsul təqdim etmək imkanları genişlənir Bu fikri AZƏRTAC-a açıqlaması zamanı “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin sədri Araz İmanov deyib Onun sözlərinə görə, ticarət şəbəkələri üçün ən vacib məsələlərdən biri təchizatın sabitliyidir “Məhsul bolluğu, mövsümi dalğalanmaların düzgün idarə olunması və logistika imkanlarının genişlənməsi qiymət sabitliyinə də müsbət təsir göstərə bilər. Dövlət başçısı qeyd edib ki, Azərbaycanda soyuducu anbarların tutumu 500 min ton olmalıdır. Bu istiqamətdə əlavə infrastrukturun yaradılması məhsul itkilərinin azalmasına, mövsümdə yığılan məhsulun daha uzun müddət saxlanılmasına və il ərzində daha sabit təklifin formalaşmasına xidmət edəcək. Kənd təsərrüfatının inkişafı həm də yerli istehsalçı ilə ticarət şəbəkələri arasında əməkdaşlığın yeni mərhələyə keçməsi deməkdir. Məhsul həcmi, keyfiyyət standartları, qablaşdırma, sertifikatlaşdırma, logistika və davamlı təchizat imkanları gücləndikcə, ticarət şəbəkələri yerli məhsullara daha geniş yer ayıra biləcək. Bu, həm fermerlərin satış imkanlarını artıracaq, həm də istehlakçının yerli məhsula çıxışını asanlaşdıracaq. Yerli istehsalın artması pərakəndə ticarət şəbəkələrinin xarici bazarlardakı qiymət dəyişikliklərindən, nəqliyyat zəncirlərindəki qırılmalardan və qlobal risklərdən daha az təsirlənməsinə kömək edə bilər. Ət, süd, quş əti gündəlik istehlak səbətinin əsas tərkib hissələrindəndir. Onlar üzrə yerli istehsalın genişlənməsi həm ərzaq təhlükəsizliyini gücləndirəcək, həm də ticarət şəbəkələrində sabit təchizat və daha geniş seçim imkanları yaradacaq”, - deyə Araz İmanov qeyd edib Mütəxəssisin sözlərinə görə ticarət şəbəkələri yalnız satış kanalı kimi deyil, həm də bazar tələbatını düzgün formalaşdıran və istehsalçıya real istehlakçı davranışı barədə siqnal verən mühüm tərəfdaş kimi çıxış edə bilər: “Şəbəkələrin gündəlik milyonlarla istehlakçı ilə təması hansı məhsullara tələbatın artdığını, hansı keyfiyyət və qablaşdırma standartlarının daha uyğun olduğunu, hansı qiymət diapazonunun daha həssas qarşılandığını göstərir. Bu məlumatlar kənd təsərrüfatı istehsalının daha düzgün planlaşdırılmasına da töhfə verə bilər” Araz İmanovun sözlərinə görə, Prezident çıxışında özəl sektorun Dövlət Proqramının icrasında roluna da toxunaraq qeyd edib ki, özəl sektor nümayəndələrinin də Dövlət Proqramının icrasında xüsusi rolu olmalıdır “Bu kontekstdə hesab edirik ki, pərakəndə ticarət şəbəkələri, istehsalçılar, logistika şirkətləri, emal müəssisələri və dövlət qurumları arasında daha sıx əməkdaşlıq kənd təsərrüfatının inkişafını daha praktik və nəticəyönümlü edə bilər. Hesab edirik ki, kənd təsərrüfatının inkişafı ticarət şəbəkələri üçün yalnız məhsul təchizatı məsələsi deyil. Bu, həm də qeyri-neft sektorunun güclənməsi, regionlarda məşğulluğun artması, yerli istehsalın stimullaşdırılması, qiymət sabitliyinin dəstəklənməsi və istehlakçı maraqlarının qorunması baxımından strateji əhəmiyyət daşıyan istiqamətdir. Bu səbəbdən kənd təsərrüfatında yeni inkişaf mərhələsi pərakəndə ticarət sektorunun da daha dayanıqlı, daha rəqabətqabiliyyətli və daha səmərəli fəaliyyətinə müsbət təsir göstərəcək”, - deyə “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin sədri vurğulayıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


