Kənd təsərrüfatı nazirinin müavini: 22 rayonda 84,9 min hektar sahədə lazer hamarlamanın tətbiqi planlaşdırılır
"Dövlət Proqramında müasir suvarmanın tətbiqinin genişləndirilməsi, sudan faydalı istifadə səviyyəsinin artırılması və məhsuldarlığın yüksəldilməsi əsas hədəflər kimi müəyyən edilib" APA xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli “Azərbaycan Respublikasında kənd təsərrüf

"Dövlət Proqramında müasir suvarmanın tətbiqinin genişləndirilməsi, sudan faydalı istifadə səviyyəsinin artırılması və məhsuldarlığın yüksəldilməsi əsas hədəflər kimi müəyyən edilib" APA xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı Qubada regional müşavirədə deyib Nazir müavini qeyd edib ki, bu istiqamətdə pivot, damlama, mikroyağmurlama və sprinkler suvarma sistemlərinin tətbiqi genişləndiriləcək: "Hazırda müasir suvarma sistemləri quraşdırılmış sahələr 130 min hektardır. 2030-cu ilə qədər bu göstəricinin 300 min hektara çatdırılması proqnozlaşdırılır. Bunun 88,1 min hektarının 22 hədəf rayonda, 12 min hektarının isə 8 perspektiv rayonda tətbiq edilməsi nəzərdə tutulur Müasir suvarma ilə bağlı əsas dəstək tədbirləri də konkret şəkildə müəyyən edilib. Müasir suvarma sistemləri fermerlərə güzəştli qiymətlərlə satılacaq. Qalıq dəyərinin güzəştli kredit şərtləri ilə maliyyələşdirilməsi nəzərdə tutulur. Fermerin ilkin ödəniş yükünün azaldılması, güzəşt müddətinin artırılması və qalan hissənin güzəştli kreditlə maliyyələşdirilməsi üçün müvafiq mexanizmlər formalaşdırılacaq" Seymur Səfərli həmçinin bildirib ki, mühüm istiqamətlərdən biri də texnika təminatının yaxşılaşdırılmasıdır: "Məhsuldarlığın artırılması üçün müasir texnika ilə təminat əsas şərtlərdən biridir. Vaxtında şum, vaxtında səpin, vaxtında aqrotexniki qulluq və vaxtında məhsul yığımı texnikanın mövcudluğundan və düzgün idarə olunmasından asılıdır. Dövlət Proqramında 22 hədəf rayon üzrə kombayn parkının 571 ədəd yeni kombaynla yenilənməsi nəzərdə tutulur. Bu, taxılçılıqda məhsul itkilərinin azaldılması və yığımın optimal müddətdə başa çatdırılması baxımından mühüm addımdır Dövlət Proqramında lazer hamarlama texnologiyasının tətbiqi üçün subsidiya mexanizminin yaradılması nəzərdə tutulur. Ümumilikdə 22 rayonda 84,9 min hektar sahədə lazer hamarlamanın tətbiqi planlaşdırılır"


