Tenqri
Ana Səhifə
Dünya

Kömür qiymətləri son 2,5 ilin maksimumuna yüksəlib

Asiya bazarları üçün etalon hesab edilən Nyukasl kömürünün iyun fyuçerslərinin qiyməti son 2,5 ildə ən yüksək səviyyə çatıb AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, kömür fyuçerslərinin qiyməti 1,51 faiz artaraq bir ton üçün 152,25 dollara çatıb Bu rəqəm 2023-cü il dekabrın 3-dən bəri görü

0 baxışazertag.az
Kömür qiymətləri son 2,5 ilin maksimumuna yüksəlib
Paylaş:

Asiya bazarları üçün etalon hesab edilən Nyukasl kömürünün iyun fyuçerslərinin qiyməti son 2,5 ildə ən yüksək səviyyə çatıb AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, kömür fyuçerslərinin qiyməti 1,51 faiz artaraq bir ton üçün 152,25 dollara çatıb Bu rəqəm 2023-cü il dekabrın 3-dən bəri görülən ən yüksək qiymətdir “API2” Rotterdam kömür fyuçerslərinin qiyməti may ayında bir ton üçün 112 dollar olub. Hazırda isə qiymət 137,3 dollardır Ekspertlərə görə, qiymətlərin bahalaşmasına İndoneziyanın yeni ixrac qaydalarının daşınmaları gecikdirməsi və yay fəsli ilə əlaqədar elektrik stansiyalarında tələbatın artması təsir göstərir. Şimal-Şərqi Asiyada havanın temperaturunun yüksəlməsi və Çin kimi böyük istehlakçıların kondisionerdən istifadəsinin çoxalması səbəbindən yay aylarında kömür tələbatının gözlənilən artımı da qiymətlərin artmasına səbəb olub Digər tərəfdən, Hörmüz boğazı boyunca artan gəmiçilik riskləri elektrik enerjisi istehsalı üçün təbii qazın qiymətini artırıb və bu da enerji tələb edən sənaye sahələrinin ən sürətli alternativ kimi kömürə keçməsinə şərait yaradıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler