Tenqri
Ana Səhifə
Dünya

“Klinik qastroenterologiya” dərsliyi nəşr olunub

Azərbaycan tibb ədəbiyyatında qastroenterologiya sahəsi üzrə ilk dəfə hazırlanmış fundamental dərslik - “Klinik qastroenterologiya” işıq üzü görüb AZƏRTAC xəbər verir ki, dərslik Prezident təqaüdçüsü, tibb üzrə fəlsəfə doktoru, dosent Rasim Hətəm oğlu Quliyevin redaksiyası ilə nəşr olunub Kitabda

0 baxışazertag.az
“Klinik qastroenterologiya” dərsliyi nəşr olunub
Paylaş:

Azərbaycan tibb ədəbiyyatında qastroenterologiya sahəsi üzrə ilk dəfə hazırlanmış fundamental dərslik - “Klinik qastroenterologiya” işıq üzü görüb AZƏRTAC xəbər verir ki, dərslik Prezident təqaüdçüsü, tibb üzrə fəlsəfə doktoru, dosent Rasim Hətəm oğlu Quliyevin redaksiyası ilə nəşr olunub Kitabda həzm sistemi orqanlarının xəstəlikləri, onların etiologiyası, patogenezi, klinik əlamətləri, müasir diaqnostika üsulları və müalicə prinsipləri elmi əsaslarla sistemli şəkildə şərh edilib. Dərslik beynəlxalq tibbi standartlar və müasir qastronterologiyanın son nailiyyətləri nəzərə alınmaqla hazırlanıb. Kitab ali tibb məktəblərinin tələbələri, rezidentlər, qastroenteroloqlar, terapevtlər və digər ixtisas həkimləri üçün etibarlı tədris vəsaiti kimi mühüm əhəmiyyət daşıyır Kitab Azərbaycan dilində tibbi tədris ədəbiyyatının zənginləşdirilməsinə və qastroenterologiya elminin inkişafına mühüm töhfə verir Xatırladaq ki, Rasim Quliyevin redaktəsi ilə 2023-cü ildə Azərbaycan səhiyyəsində peşə patologiyası sahəsinə həsr olunmuş ilk fundamental dərslik olan “Peşə xəstəlikləri” dərsliyi nəşr olunub. Kitabda istehsalat mühitinin insan sağlamlığına təsiri, peşə xəstəliklərinin yaranma səbəbləri, diaqnostikası və profilaktikası müasir elmi yanaşmalar əsasında təqdim olunub. Dərslikdə peşə patologiyasının aktual problemləri geniş şəkildə təhlil edilib və praktik tövsiyələr verilib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler