Nümayəndələr Palatası İranda müharibəyə qarşı qətnamə qəbul edib
ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampın Konqresin təsdiqi olmadan İranda müharibəni davam etdirməsini qadağan edən qətnaməni təsdiqləyib. Respublikaçılar Partiyasının bir neçə nümayəndəsi bu təşəbbüsün lehinə demokratlarla yanaşı səs verib. İlk dəfə olaraq Konqresin aşağı pala

ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampın Konqresin təsdiqi olmadan İranda müharibəni davam etdirməsini qadağan edən qətnaməni təsdiqləyib. Respublikaçılar Partiyasının bir neçə nümayəndəsi bu təşəbbüsün lehinə demokratlarla yanaşı səs verib. İlk dəfə olaraq Konqresin aşağı palatası Ağ Evin sözügedən münaqişə ilə bağlı mövqeyinə qarşı çıxıb. Müşahidəçilərin fikrincə, hətta Trampın müttəfiqləri də İrana qarşı müharibəni dəstəkləmir. Mayın 1-də 60 günlük atəşkəs başa çatanda Tramp Konqresə İranla müharibənin bitdiyini bildirdi. Lakin praktikada münaqişə davam edir. Dünən ABŞ və İran hərbçilərinin bir-birinə hücum etdiyi barədə məlumat vermişdik. Həmin gün Tramp Tehranla danışıqlarda gələcəkdə irəliləyiş ola biləcəyini açıqlayıb


