Kiyev sakini olan azərbaycanlı Rusiyanın raket hücumu haqqında: Hər tərəfdə xaos idi
Ukraynada tammiqyaslı müharibə bir çox ailələrin həyatını kəskin dərəcədə dəyişib "Report"un Şərqi Avropa bürosu xəbər verir ki, onlardan biri də əslən azərbaycanlı, Ukrayna vətəndaşı İlyas Talıbovdur Kiyevdə 30 ildən çox yaşayan İ.Talıbov avtomobil təmiri ilə məşğuldur Rusiyanın Ukraynanın payta

Ukraynada tammiqyaslı müharibə bir çox ailələrin həyatını kəskin dərəcədə dəyişib "Report"un Şərqi Avropa bürosu xəbər verir ki, onlardan biri də əslən azərbaycanlı, Ukrayna vətəndaşı İlyas Talıbovdur Kiyevdə 30 ildən çox yaşayan İ.Talıbov avtomobil təmiri ilə məşğuldur Rusiyanın Ukraynanın paytaxtını davamlı raket və dron atəşinə tutması nəticəsində İ.Talıbovun evi və digər əmlakı ciddi zərər görüb: "Zərbələrin birində övladım yaralanıb. Ukrayna vətəndaşı olduğuma görə, işim və mülküm burda olduğu üçün ölkəni tərk etmirəm. Amma son zərbələr səbəbindən ailəmi Ukraynadan çıxarmışam" İ.Talıbod danışıb ki, özü də belə bir zərbələrdən sonra təsadüfən sağ qalıb: "Gecə saat 3 idi. Həyəcan siqnalı, ardınca partlayışlar başladı. Biz artıq aşağıda sığınacaqda idik. Mən tez yola çıxıb, burada saxladığım maşınlardan birini binaların arasına çəkmək istədim. Maşına çatanda güclü partlayış eşitdim. Tez maşınla çəpərin arasına uzandım. Elə bu an üstümdə partlayış oldu. Sonra bildim ki, 20-25 metr hündürlükdə üzərimdə raketi zərərsizləşdiriblər. Qəlpələri yan yörəmə, qalığı binanın arxasına düşdü. Özümü itirmişdim. Prospekt boyu benzin axırdı, bütün maşınlardan yanacaq sızırdı. Binalardan biri yanırdı. Hamı qorxu içində idi, işıqlar söndürülmüşdü, hər tərəfdə xaos idi" Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir
Diğer Haberler

Media: ABŞ memorandum imzaladıqdan sonra İrana neft satmağa icazə verəcək

ABŞ-ın qüdrətli adları gizli cəmiyyətdə görüşüb, təfərrüatları açıqlanıb: “Nüvə silahını geri qaytarın”, “Start a Cult” mövzulu görüşlər, matchmaking xidmətləri... | T24
