Kiyevə kütləvi raket zərbələri endirilib, ölənlər və xəsarət alanlar var – YENİLƏNİB-2 VİDEO
İlkin məlumatlara əsasən, Rusiyanın Kiyevə kütləvi hava zərbələri nəticəsində 2-si uşaq olmaqla 5 nəfər ölüb, 40-a yaxın yaralı var. Təmizləmə işləri davam edir AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat verib Kiyevin 9 rayonunda çoxmərtəbəli yaşayış bin

İlkin məlumatlara əsasən, Rusiyanın Kiyevə kütləvi hava zərbələri nəticəsində 2-si uşaq olmaqla 5 nəfər ölüb, 40-a yaxın yaralı var. Təmizləmə işləri davam edir AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat verib Kiyevin 9 rayonunda çoxmərtəbəli yaşayış binaları və digər mülki infrastrukturlarda dağıntılar qeydə alınıb Kiyev şəhər meri Vitali Kliçko isə bildirib ki, hava hücumu zamanı paytaxtın 50 lokasiyasında dağıntılar olub Hava hücumu zamanı Kiyevə 30-a yaxın ballistik və qanadlı raket, yüzlərlə zərbə dronundan istifadə edilib Şevçenko rayonunda 30 dəqiqədən az müddət ərzində mülki infrastruktura beş zərbə dəyib AZƏRTAC xəbər verir ki, bu barədə Kiyev şəhər meri Vitali Kliçko məlumat verib Onun sözlərinə görə, 25 mərtəbəli yaşayış binası dağılıb, bazar və mağazada yanğın baş verib Peçersk rayonunda beşmərtəbəli yaşayış binası zədələnib. Obolon rayonunda isə yaşayış binasının üçüncü və dördüncü mərtəbələrində dağıntılar qeydə alınıb Solomenski rayonunda doqquzmərtəbəli yaşayış binasında da dağıntılar var Mer bildirib ki, paytaxtın şimal hissəsində 140 min abonent elektrik enerjisiz qalıb. Hücum nəticəsində elektrik xətləri zədələnib Həmçinin Kiyev Peçersk Lavrası ərazisində yanğın baş verib Tibb xidmətlərinin məlumatına görə, Kiyevdə 8 nəfər xəsarət alıb. Onlardan 6-sı xəstəxanaya yerləşdirilib, 2-nə isə hadisə yerində tibbi yardım göstərilib Rusiya ordusu iyunun 15-ə keçən gecədən başlayaraq Kiyev şəhərinə intensiv hava hücumu edir AZƏRTAC-ın xüsusi müxbirinin verdiyi məlumata görə, hava hücumu zamanı zərbə dronları və müxtəlif tipli raketlərdən istifadə olunur Kiyevdə hava hücumundan müdafiə sistemi aktiv işə düşüb Kiyev şəhər meri Vitali Kliçko sosial media hesablarında yazıb ki, zərərsizləşdirilən dronun qalıqları Obolon rayonunda avtomobillərin yanmasına səbəb olub Hazırda Kiyevin Vinoqradar, Nivki, Obolon və Svyatoşin ərazilərində enerji verilişi dayandırılıb. Enerji infrastrukturlarına ziyan dəydiyi qeyd edilir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


