Çinlilər amerikalı Min Cini saxlayıblar
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian bildirib ki, Myanma (ISP-Myanmar) üzrə beyin mərkəzinə rəhbərlik edən ABŞ vətəndaşı Min Jing, casusluq və Çinin milli təhlükəsizliyini təhdid edən fəaliyyətdə şübhəli bilinərək saxlanılıb. ABŞ-ın Quançjoudakı Baş Konsulluğuna həbs barədə məlumat verilib

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian bildirib ki, Myanma (ISP-Myanmar) üzrə beyin mərkəzinə rəhbərlik edən ABŞ vətəndaşı Min Jing, casusluq və Çinin milli təhlükəsizliyini təhdid edən fəaliyyətdə şübhəli bilinərək saxlanılıb. ABŞ-ın Quançjoudakı Baş Konsulluğuna həbs barədə məlumat verilib Vəziyyətlə tanış olan üç Reuters mənbəsinin məlumatına görə, Min Jing təxminən iki həftə əvvəl Yunnan əyalətindəki Kunminq hava limanında saxlanılıb. Onun rəhbərlik etdiyi institut xüsusilə 2021-ci il hərbi çevrilişindən sonra Myanmada baş verən siyasi prosesləri və münaqişələri izləyir. Tədqiqatçının özü əvvəllər Myanmada demokratiya hərəkatında iştirak edib (1988) və Berklidəki Kaliforniya Universitetində siyasi elmlər üzrə təhsil alıb


