Çinli cərrahlar beyin ölümü olan xəstəyə bir neçə donuz orqanı köçürüblər - | 24 kq
Çinli cərrahlar ilk dəfə olaraq geni dəyişdirilmiş donuzdan beyin ölümü olan xəstəyə birdən-birə üç orqanı - iki böyrək və bir qaraciyəri transplantasiya ediblər. Bu barədə tibb mediası yazır Əməliyyatı Quanqsi Tibb Universitetinin İkinci Xəstəxanasının qrupu həyata keçirib. Xəstə 53 yaşlı kişi olu

Çinli cərrahlar ilk dəfə olaraq geni dəyişdirilmiş donuzdan beyin ölümü olan xəstəyə birdən-birə üç orqanı - iki böyrək və bir qaraciyəri transplantasiya ediblər. Bu barədə tibb mediası yazır Əməliyyatı Quanqsi Tibb Universitetinin İkinci Xəstəxanasının qrupu həyata keçirib. Xəstə 53 yaşlı kişi olub, beyin ölümü diaqnozu qoyulub Transplantasiyadan sonra orqanlar demək olar ki, beş gün işlədi. Daha sonra xəstənin ailəsinin xahişi ilə təcrübə dayandırılıb. Bu, tarixdə ilk dəfədir ki, insana eyni anda bir neçə donuz orqanı köçürülür Bu cür əməliyyatlar ksenotransplantasiyaya - orqan və ya toxumaların bir növdən digərinə transplantasiyasına aiddir. Texnologiya hələlik eksperimental olaraq qalır. Lakin alimlər hesab edirlər ki, bu, gələcəkdə donor orqanların çatışmazlığı problemini həll etməyə kömək edə bilər


