Tenqri
Ana Səhifə
Dünya

Kitabxanalarda yalnız ali təhsilli şəxslər çalışacaq - AÇIQLAMA

Kitabxana sahəsində də yalnız ali təhsilli şəxslərin bu prosesə cəlb olunması ana hədəflərdən biridir. Modern.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirdiyi ictimai dinləmədə mədəniyyət nazir

0 baxışmodern.az
Kitabxanalarda yalnız ali təhsilli şəxslər çalışacaq - AÇIQLAMA
Paylaş:

Kitabxana sahəsində də yalnız ali təhsilli şəxslərin bu prosesə cəlb olunması ana hədəflərdən biridir. Modern.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirdiyi ictimai dinləmədə mədəniyyət naziri Adil Kərimli bildirib. Nazir bildirib ki, kitabxana sistemində bu sahəyə bələd olmayan və peşəkarlığı sual altında olan şəxslərin fəaliyyəti mövcuddur və biz bunu təəssüf doğurur. Onun sözlərinə görə, bununla bərabər, çox peşəkar kitabxanaçılar, bu sahəyə fədai kimi bağlı olan insanlar da var. “Biz onları çox yüksək qiymətləndiririk. Elə ucqar rayonlarda, elə şəraitdə işləyən kitabxanaçılarımız var ki, biz onları görəndə həqiqətən də özümüz qürur duyuruq ki, belə insanlar var və kitaba olan sevgini, bu sahədə xidmət göstərmək eşqi ilə yaşayıb və davam edirlər”. Adil Kərimli bu kitabxanaçıların yaxşı iş şəraiti ilə təmin edilməsi də əsas vacib məsələlərdən biri olduğunu deyib. “İnfrastrukturun zəifliyi və ya ümumiyyətlə heç bir standarta uyğun olmaması ciddi problemdir” – o bildirib

Kaynak: modern.az

Diğer Haberler