Kitabxana fondlarının zənginləşdirilməsi istiqamətində müasir yanaşmalar nəzərdən keçirilib
İyunun 10-da Azərbaycan Milli Kitabxanası tərəfindən Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən kitabxanaların iştirakı ilə onlayn təlim keçirilib Kitabxanadan AZƏRTAC-a bildirilib ki, təlimdə kitabxana fondlarının komplektləşdirilməsi prosesinin nəzəri və praktiki aspektləri, fondların

İyunun 10-da Azərbaycan Milli Kitabxanası tərəfindən Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən kitabxanaların iştirakı ilə onlayn təlim keçirilib Kitabxanadan AZƏRTAC-a bildirilib ki, təlimdə kitabxana fondlarının komplektləşdirilməsi prosesinin nəzəri və praktiki aspektləri, fondların məqsədyönlü şəkildə formalaşdırılması, ənənəvi və elektron informasiya resurslarının seçilməsi meyarları, istifadəçi tələbatının öyrənilməsi və fondların zənginləşdirilməsi istiqamətində müasir yanaşmalar geniş müzakirə edilib. Eyni zamanda, Koha Avtomatlaşdırılmış Kitabxana-İnformasiya Sistemi (AKİS) çərçivəsində komplektləşdirmə, kataloqlaşdırma, fondun uçotu və elektron idarəolunması prosesləri barədə ətraflı məlumat təqdim olunub, sistemin tətbiqi zamanı əldə olunan təcrübələr iştirakçılarla bölüşdürülüb Tədbir çərçivəsində kitabxana kolleksiyalarının idarə edilməsində rəqəmsal texnologiyaların rolu, Koha AKİS-in fondların formalaşdırılması və idarəolunmasında yaratdığı imkanlar, eləcə də mövcud problemlər və onların həlli yolları ətrafında fikir mübadiləsi aparılıb. İştirakçılara metodik tövsiyələr təqdim olunub, onları maraqlandıran suallar ətraflı cavablandırılıb Onlayn təlim kitabxana fondlarının səmərəli idarəolunması, kolleksiyaların inkişaf strategiyalarının təkmilləşdirilməsi və Koha AKİS-in tətbiqi sahəsində peşəkar bilik və bacarıqların artırılması baxımından faydalı platforma kimi qiymətləndirilib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


