Tenqri
Ana Səhifə
Dünya

Kitabxanaçı 420 manat maaşla soyuq binada, 5 saat paltoya bürünüb işləyir

Əvvəl kitabxana binalarını sertifikatlaşdırmaq lazımdır. Modern.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirdiyi ictimai dinləmədə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin

0 baxışmodern.az
Kitabxanaçı 420 manat maaşla soyuq binada, 5 saat paltoya bürünüb işləyir
Paylaş:

Əvvəl kitabxana binalarını sertifikatlaşdırmaq lazımdır. Modern.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirdiyi ictimai dinləmədə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bildirib. Deputat qeyd edib ki, illər ərzində böyük təcrübəyə və zəngin kitab yaddaşına malik çoxsaylı kitabxanaçılar müxtəlif səbəblərdən sistemdən ayrılıb və bu potensialın qorunmasına xüsusi diqqət yetirilməlidir. “Bəzi sahələr var ki, orada təcrübəli kadrı qorumaq vacibdir. Müəllimi itirmək məktəbin potensialını itirmək deməkdirsə, təcrübəli kitabxanaçının itirilməsi də kitabxana sisteminə mənfi təsir göstərir”, - deyə o vurğulayıb. Fazil Mustafa hesab edir ki, sertifikasiya və ya digər qiymətləndirmə tədbirləri həyata keçirilməzdən əvvəl kitabxanaların infrastrukturu və iş şəraiti dəyərləndirilməlidir. “Əvvəl müəyyən etməliyik ki, kitabxanalarda işlək kompüterlər yetərlidirmi, binaların vəziyyəti necədir. Çıxışlarda da qeyd olunduğu kimi, kitabxanaların böyük hissəsi standartlara uyğun deyil”, - deputat bildirib. O qeyd edib ki, ölkənin müxtəlif bölgələrində çoxsaylı kitabxanalarda olub və bəzilərində vəziyyətin uzun illərdir ciddi problem olaraq qaldığını müşahidə edib. “Bu, bugünün problemi deyil. Elə kitabxanalar var ki, bina şəraiti çox ağırdır. İstilik sistemi olmadığından kitabxanaçı palto ilə iş başında qalmağa məcbur olur”, - deyə Fazil Mustafa bildirib. Deputat kitabxanaçıların əməkhaqlarına da toxunub. Onun sözlərinə görə, kitabxanaçıların maaşı təxminən 420-550 manat arasında dəyişir və nəqliyyat xərcləri çıxıldıqdan sonra onların real gəliri daha da azalır. “9-dan 6-ya qədər işləyən, işə gəlmək üçün bir neçə marşrut dəyişən kitabxanaçıların aldığı maaş faktiki olaraq 300-350 manat səviyyəsinə düşür”, - deyə o əlavə edib

Kaynak: modern.az

Diğer Haberler