Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında finalçılar müəyyənləşib
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında finalçılar müəyyənləşib "Report" xəbər verir ki, ilk olaraq yarımfinalda "Xilasedici" "Murov Az Terminal"ı 3:0 (25:19, 25:19, 25:22) məğlub edərək həlledici raunda adlayıb Tərəflər arasında ilk dueldə də "Xilasedici" eyni hesablı qələbəyə sev

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında finalçılar müəyyənləşib "Report" xəbər verir ki, ilk olaraq yarımfinalda "Xilasedici" "Murov Az Terminal"ı 3:0 (25:19, 25:19, 25:22) məğlub edərək həlledici raunda adlayıb Tərəflər arasında ilk dueldə də "Xilasedici" eyni hesablı qələbəyə sevinmişdi Ardınca "Neftçi" və "Ordu" münasibətlərə aydınlıq gətiriblər. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşma "Ordu"nun 3:2 hesablı üstünlüyü ilə bitib və komanda finala adlayıb Oyunlar Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil olunub Xatırladaq ki, reqlamentə əsasən, yarımfinal mərhələsi ev və səfər prinsipi ilə iki oyundan ibarətdir. İki qarşılaşmanın nəticəsinə görə komandaların qələbə sayı bərabər olarsa, qalibi müəyyənləşdirmək üçün "qızıl set" oynanılır. Bürünc və qızıl medal uğrunda həlledici qarşılaşmalar isə cəmi bir oyundan ibarət olacaq Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


