Tenqri
Ana Səhifə
Dünya

Kiyev və Moskva bir-birini ittiham edir - 12:00 yenilənib

Rusiya Müdafiə Nazirliyi 1971-ci il aprelin 11-i saat 16:00-dan 12 aprel saat 8:00-dək Ukrayna atəşkəs rejimini bir dəfə pozub "Pasxa atəşkəs rejiminin elan edilməsinə baxmayaraq, Ukrayna Silahlı Qüvvələrinin birləşmələri gecə saatlarında Pokrovskoye rayonundan Dnepropetrovsk vilayətinin Qay (iki

0 baxışhaqqin.az
Kiyev və Moskva bir-birini ittiham edir - 12:00 yenilənib
Paylaş:

Rusiya Müdafiə Nazirliyi 1971-ci il aprelin 11-i saat 16:00-dan 12 aprel saat 8:00-dək Ukrayna atəşkəs rejimini bir dəfə pozub "Pasxa atəşkəs rejiminin elan edilməsinə baxmayaraq, Ukrayna Silahlı Qüvvələrinin birləşmələri gecə saatlarında Pokrovskoye rayonundan Dnepropetrovsk vilayətinin Qay (iki dəfə) və Otradnoye yaşayış məntəqələri istiqamətində Rusiya qoşunlarının mövqelərinə üç dəfə hücum edib. Bütün hücumlar dəf edilib", - məlumatda deyilir Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Sumı vilayətinin Kondratovka, Novaya Sıç (iki dəfə) və Donetsk vilayətinin Kaleniki kəndi ərazilərində Rusiya hərbçilərinin mövqelərinə doğru irəliləməsinə dair dörd cəhdin qarşısı alınıb Bundan əlavə, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna Silahlı Qüvvələri Kursk və Belqorod vilayətləri ərazisinə iki pilotsuz uçuş aparatı atıb, nəticədə mülki şəxslər, o cümlədən uşaq yaralanıb Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı aprelin 12-si səhər saatlarına olan məlumata görə, bir gün əvvəl saat 16:00-da başlayan “atəşkəs rejiminin pozulması ilə bağlı 2299 fakt qeydə alınıb”. Xüsusilə, ruslar tərəfindən 28 hücum hərəkəti, 479 atəş, 747 kamikadze pilotsuz uçuş aparatları (Lancet, Molniya) və fpv dronları ilə 1045 zərbə bildirilir Ukraynanın Sumı vilayətinin səlahiyyətliləri Rusiya pilotsuz təyyarəsinin təcili yardım maşınına endirdiyi, nəticədə 3 həkimin yaralandığı barədə məlumat verib "Rusyaya məxsus pilotsuz uçan aparat Qluxov icmasında maşına çırpılıb. Üç həkim yaralanıb. Onlara təcili yardım göstərilib. Həyata təhlükə yoxdur", - Sumı vilayəti hərbi idarəsinin rəisi Oleq Qriqorov yazıb Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin aprelin 11-i saat 16:00-dan aprelin 12-si günün sonuna kimi “Pasxa barışığı” elan edib. Bununla belə, Ukrayna Silahlı Qüvvələri atəşkəs başlayandan bəri onun 500-ə yaxın pozulması faktının qeydə alındığını bildirib Rusiya tərəfi də atəşkəsin pozulduğunu, xüsusən də Kursk və Belqorod vilayətlərinin atəşə tutulduğunu açıqlayıb

Kaynak: haqqin.az

Diğer Haberler