Kiyev pilotsuz təyyarələrin hücumuna məruz qalıb, hava hücumundan müdafiə sistemi işləyir - yenilənib 22:45
Rusiya PUA-larının hücumu ilə əlaqədar şənbə günü axşam Kiyevdə hava hücumu xəbərdarlığı elan edilib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri və Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib “Saat 21:07-də (Bakı vaxtı ilə 22:07) Hərbi Hava Qüvvələri

Rusiya PUA-larının hücumu ilə əlaqədar şənbə günü axşam Kiyevdə hava hücumu xəbərdarlığı elan edilib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri və Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib “Saat 21:07-də (Bakı vaxtı ilə 22:07) Hərbi Hava Qüvvələri Kiyev vilayətinin şərqində paytaxta doğru hərəkət edən PUA-nın olduğunu bildirib Daha sonra Tkaçenko bildirib ki, Rusiya hücumçu dronları ilə Kiyevə hücum edir. Şəhərdə partlayışlar olub Ukraynanın “Naftoqaz” dövlət şirkəti Rusiyanın Xarkov və Poltava vilayətlərindəki neft və qaz obyektlərinə 24 saat ərzində hücumlar həyata keçirdiyini bildirib "Avadanlıqlara ciddi ziyan dəyib və böyük yanğınlar qeydə alınıb", - Naftogaz bildirib Şirkətdən verilən məlumata görə, bütün heyət təxliyə edilib və səlahiyyətli xidmətlər yerlərdə işləyir. Bununla belə, “təkrarlanan hücumlar təhlükəsi səbəbindən hücumların nəticələrini qiymətləndirmək hələlik mümkün deyil”, “Naftoqaz” qeyd edib


