Şəkidə yaş barama tədarükünə başlanılıb
Şəki rayonunda istehsalçılardan yaş barama tədarükünə başlanılıb. Mövsümün ilk günlərində şəkili kümçülər “Azəripək” ASC-də yaradılmış qəbul məntəqəsinə 700 kiloqramdan çox yaş barama təhvil veriblər Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin Heyvandarlıq sektorunun m

Şəki rayonunda istehsalçılardan yaş barama tədarükünə başlanılıb. Mövsümün ilk günlərində şəkili kümçülər “Azəripək” ASC-də yaradılmış qəbul məntəqəsinə 700 kiloqramdan çox yaş barama təhvil veriblər Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin Heyvandarlıq sektorunun müdiri Nazim Rəcəbov məlumat verib Qurum rəsmisi bildirib ki, builki mövsümdə barama yetişdirilməsi üçün 111 kümçü ilə müqavilə bağlanılıb, onlara 550 qutu, yəni 10 kiloqram 450 qram ipəkqurdu paylanılıb Mövsümün ilk günlərində qəbul məntəqəsinə Şorsu kənd sakinləri Bəhlul İbrahimxəlilov 120 kiloqram, Arif Şabanov 78 kiloqram, Cumakənddən Rakif Süleymanov 92 kiloqram, Etibar Məmmədov isə 90 kiloqram yaş barama təhvil veriblər. Rayonda yaş barama tədarükü davam edir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

Böyük Britaniyada 2027-ci ildən 16 yaşdan kiçik uşaqlara sosial şəbəkələrdən istifadə qadağan ediləcək - Vlast analitik onlayn jurnalı

Qırğızıstan MDB-də ilk olaraq protezlərin 3D çapını işə saldı: artıq Akçabarda aylarla gözləmək lazım deyil
