Tenqri
Ana Səhifə
Dünya

Şəkidə taxıl biçininə start verilib

Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə arpa biçininə başlanılıb. Rayonun Kiçik Dəhnə və Böyük Dəhnə kəndlərinin ərazilərindəki təsərrüfatlarda ilk gündə 39 hektar sahənin arpası biçilib, 112,7 ton məhsul tədarük olunub. Hələlik hər hektarda orta məhsuldarlıq 28,9 sentner təşkil ed

0 baxışazertag.az
Şəkidə taxıl biçininə start verilib
Paylaş:

Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə arpa biçininə başlanılıb. Rayonun Kiçik Dəhnə və Böyük Dəhnə kəndlərinin ərazilərindəki təsərrüfatlarda ilk gündə 39 hektar sahənin arpası biçilib, 112,7 ton məhsul tədarük olunub. Hələlik hər hektarda orta məhsuldarlıq 28,9 sentner təşkil edir Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Ağalar Mustafayev məlumat verib Qurum rəsmisi bildirib ki, cari mövsümdə rayonda 59 min 842,2 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 18 min 669 hektarını buğda, 41 min 173,2 hektarını dən üçün arpa sahələri təşkil edir Taxıl biçininin mütəşəkkil şəkildə keçirilməsini təmin etmək üçün Şəki Dövlət Aqrar İnkişaf Mərkəzində xüsusi qərargah yaradılıb, tədbirlər planı təsdiq olunub. Ümumilikdə, biçin kampaniyasına 131 taxılbiçən kombayn, 104 ədəd küləşpresləyən aqreqat, 430 ədəd şum traktoru, 100-dək yük maşını, 285 ədəd traktor yedəyi, həmçinin yanğınsöndürən və su maşınları cəlb olunacaq Biçin dövründə ehtiyac yaranarsa, digər rayonlardan da əlavə kombaynların dislokasiya olunması nəzərdə tutulur Sektor müdirinin sözlərinə görə, təsərrüfatlarda buğda biçininə isə iyunun 20-dən sonra başlanılması nəzərdə tutulur 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler