Tenqri
Ana Səhifə
Dünya

Şəkidə regional konfrans: “Heydər Əliyev irsində Azərbaycançılıq və milli-mənəvi dəyərlər”

İyunun 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Şəki şəhərində “Heydər Əliyev irsində Azərbaycançılıq və milli-mənəvi dəyərlər” mövzusunda regional konfrans keçirilib AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub

0 baxışazertag.az
Şəkidə regional konfrans: “Heydər Əliyev irsində Azərbaycançılıq və milli-mənəvi dəyərlər”
Paylaş:

İyunun 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Şəki şəhərində “Heydər Əliyev irsində Azərbaycançılıq və milli-mənəvi dəyərlər” mövzusunda regional konfrans keçirilib AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub Heydər Əliyev Mərkəzində keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. “Azərbaycan – sülh və harmoniya məkanı” videoçarxı nümayiş etdirilib Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu, dünyada nümunəvi model kimi qiymətləndirildiyini bildirib. Qeyd olunub ki, Azərbaycançılıq ideologiyası ölkəmizdə bütün cəmiyyətin ümummilli məsələlər ətrafında sıx birləşməsini təmin edir. Ulu Öndər tərəfindən təməli qoyulan, ideologiya halına salınan Azərbaycançılıq konsepsiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, tarix boyu xalqımızın milli birlik və dövlət quruculuğu arzularını davam etdirən ideyalar müasir dövrdə Azərbaycançılıq məfkurəsində özünün ən dolğun ifadəsini tapıb. Azərbaycançılıq həm keçmişimizin mənəvi kodu, həm də gələcəyimizin ideoloji yol xəritəsidir. Azərbaycançılıq etnik mənsubiyyətindən, dini etiqadından və sosial statusundan asılı olmayaraq, bütün azərbaycanlıları vahid Vətən və dövlət mənafeyi ətrafında birləşdirən güclü platformadır Milli Məclisin deputatları Cavanşir Feyziyev və Vüqar İskəndərov Azərbaycançılıq ideologiyasının Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından etibarən formalaşaraq bir əsrdən artıq müddətdə xalqımızın milli kimliyinin, birliyinin və dövlətçilik ənənələrinin əsas dayaqlarından birinə çevrildiyini vurğulayıblar. Bildirilib ki, Azərbaycanda həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində tolerantlıq və multikulturalizm dəyərləri daha da möhkəmlənib, ölkəmiz bu sahədə beynəlxalq miqyasda nümunə kimi tanınır Konfransın “Azərbaycançılıq məfkurəsi: milli birliyin əsası kimi” və “Ənənə, din və milli kimlik” mövzulu panel müzakirələrlə davam edib Konfrans çərçivəsində, həmçinin “Dini radikalizmlə mübarizədə maarifləndirmənin əhəmiyyəti” mövzusunda təlim də təşkil edilib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler