Tenqri
Ana Səhifə
Dünya

“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” mövzusunda konfrans keçirilidi

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (ETN) İnformasiya Texnologiyaları İnstitutu, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyası, Azərbaycan Texniki Universiteti (AzTU) və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA)

0 baxışpublika.az
“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” mövzusunda konfrans keçirilidi
Paylaş:

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (ETN) İnformasiya Texnologiyaları İnstitutu, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyası, Azərbaycan Texniki Universiteti (AzTU) və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) birgə təşkilatçılığı ilə “Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” respublika elmi-praktiki konfransı keçirilib Publika.az xəbər verir ki, tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev rəqəmsallaşma, innovasiya, süni intellekt və kibertəhlükəsizliyin ölkəmizin gələcək inkişafında əsas prioritetlər kimi müəyyən olunduğunu nəzərə çatdırıb. Məruzədə həmçinin, cənab Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqəti və birbaşa rəhbərliyi sayəsində dövlət idarəçiliyində rəqəmsal transformasiyanın dərinləşdiyi, müvafiq sahənin strateji əhəmiyyəti, kadr hazırlığının elmi potensialla dəstəkləndiyi, habelə kibersuverenliyin təmin edilməsi məqsədilə ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirildiyi bildirilib AR Milli Məclisi sədrinin müavini Ziyafət Əsgərov rəqəmsal texnologiyaların milli təhlükəsizlik və iqtisadi dayanıqlılıqdakı strateji roluna toxunaraq, ali təhsil müəssisələrində müasir tədris proqramlarının hazırlanmasının dövrün tələbi olduğunu və konfransın əməkdaşlığa mühüm töhfə verəcəyini qeyd edib Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTD) rəisinin birinci müavini Yaşar Əməşov kibercinayətkarlığın qarşısının alınması və kritik informasiya infrastrukturunun etibarlı mühafizəsinin dövlət təhlükəsizliyinin prioritet istiqaməti olduğunu diqqətə çatdırıb DTX-nin Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov innovativ həllərin yaratdığı yeni kiberrisklərdən bəhs edərək, rəqəmsal sübutların düzgün əldə edilməsinin cinayətlərin açılmasında həlledici rol oynadığını açıqlayıb Tədbirdə, həmçinin, AzTU-nun rektoru Vilayət Vəliyev, DTX-nin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov, Milli Müdafiə Universitetinin rektor müavini Arif Həsənov, AKTA-nın icraçı direktoru Rauf Cabbarov və Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz çıxış edərək artan kibertəhdidlər qarşısında dövlət informasiya sistemlərinin mühafizəsi və rəqəmsal cinayətkarlığa qarşı mübarizə üçün elm, təhsil müəssisələri, eləcə də müvafiq dövlət qurumlarının birgə fəaliyyətinin zəruriliyini vurğulayıblar Konfrans işini bölmə iclasları ilə davam etdirib “ChatGPT”də problem yarandı Azercell IV Milli Kibertəhlükəsizlik Forumunda süni intellekt əsaslı həllərini təqdim etdi Azərbaycan "Oracle" və "Lummus Technology" şirkətləri ilə anlaşdı Bakı ABŞ-nin II Dünya Süni İntellekt Həftəsinə ev sahibliyi edəcək Yaşayış və iş yerini, səyahət məlumatlarını paylaşanların nəzərinə! - Təhlükədəsiniz Uşaqları sosial şəbəkələrdə necə qorumalı? - VİDEO Mask Avropa İttifaqını saxta təşkilat adlandırdı 4 polisi və özünü qumbara ilə belə partlatdı - VİDEO Şükür ki, bu arzu gerçəyə çevrildi... - Elxan Cəfərov Ermənistanda dəhşət - Mayıs, Xıdır və Saşa belə öldürüldü(VİDEO) DSX əməliyyat keçirdi - Əfqanıstan vətəndaşları saxlanılıb “Qarabağ”ın yarımmüdafiəçisi oynadı? Bakıda yeni söküntülər və abadlıq layihələri - Hansı ərazilər dəyişəcək? Bakıya uça bilməzsən dedilər, ağladım... - Nadir Qafarzadənin başına iş gəldi

Kaynak: publika.az

Diğer Haberler