Şəki-Zaqatala bölgəsi üzrə 815 şagird olimpiada və müsabiqələrin yarımfinalına vəsiqə qazanıb
Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının və məktəblilərarası fənn müsabiqələrinin rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 815 şagird yarımfinal turuna vəsiqə qazanıb Bu barədə AZƏR

Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının və məktəblilərarası fənn müsabiqələrinin rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 815 şagird yarımfinal turuna vəsiqə qazanıb Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Təhsil İdarəsinin məsul əməkdaşı Mahal Məmmədov məlumat verib. Qurumun əməkdaşı bildirib ki, şimal-qərb bölgəsi üzrə olimpiada və müsabiqələrin rayon turunda ümumilikdə 3185 şagird biliyini sınayıb Qeyd edək ki, riyaziyyat-məntiq olimpiadasının və məktəblilərarası fənn müsabiqələrinin yarımfinal turunun mayın 2-də keçirilməsi nəzərdə tutulur 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


