Tenqri
Ana Səhifə
Dünya

Şəki və Zaqatalada qəbul imtahanı 12 mərkəzdə aparılıb

Dövlət İmtahan Mərkəzinin (DİM) iyunun 7-də Şəki və Zaqatalada keçirdiyi I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı başa çatıb AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahanların keçirilməsi üçün Şəkidə 8, Zaqatalada isə 4 mərkəz olmaqla, ümumilikdə 12 bina ayrılıb. İş

0 baxışazertag.az
Şəki və Zaqatalada qəbul imtahanı 12 mərkəzdə aparılıb
Paylaş:

Dövlət İmtahan Mərkəzinin (DİM) iyunun 7-də Şəki və Zaqatalada keçirdiyi I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı başa çatıb AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahanların keçirilməsi üçün Şəkidə 8, Zaqatalada isə 4 mərkəz olmaqla, ümumilikdə 12 bina ayrılıb. İştirakçıların imtahan binalarına rahat şəkildə daxil olmaları üçün binalara müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib DİM-in regional bölməsindən verilən məlumata görə, Şəkidə keçirilən və ümumilikdə 1841 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 22 imtahan rəhbəri və 172 nəzarətçi cəlb edilib. İmtahanların keçirilməsi üçün 148 zal ayrılıb Zaqatalada keçirilən qəbul imtahanında isə 879 nəfərin iştirakı nəzərdə tutulub. İmtahanların idarə olunmasına 12 imtahan rəhbəri və 82 nəzarətçi cəlb edilib. İmtahanların keçirilməsi üçün 70 zal ayrılıb İmtahan saat 10:00-da başlanıb və 3 saat davam edib Regional bölmənin müdiri Səbuhi Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bütün imtahan mərkəzlərində I və IV ixtisas qrupları üzrə qəbul imtahanı mövcud təlimata uyğun şəkildə aparılıb və heç bir qanun pozuntusuna yol verilməyib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler